sa sa 1838
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb May 01, 2020 | 11:20 / Mühüm hadisələr

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu (MBBİ) Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım kampaniyasına qoşulub. 

İnstitut əməkdaşları bir aylıq əməkhaqqılarının bir hissəsini könüllü şəkildə fonda ianə ediblər. Ümumilikdə müəssisə tərəfindən fonda 900 manat vəsait köçürülüb.

Qeyd edək ki, MBBİ əməkdaşları koronavirusla mübarizə ilə bağlı maarifləndirmə tədbirlərində yaxından iştirak edir, həmçinin Nazirlər Kabinetinin qərar və tövsiyələrinə ciddi riayət edirlər.

www.science.gov.az