sa sa 1737
Akademik İsa Həbibbəyli Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclasında çıxış edib May 05, 2020 | 12:56 / Konfranslar, iclaslar

AMEA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Milli Məclisin Elm və təhsil komitəsinin onlayn şəkildə keçirilmiş iclasında çıxış edib.

Elm və təhsil komitəsinin iclasında “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi haqqında Qanun layihələri müzakirə edilib.

Millət vəkili İsa Həbibbəyli Dissertasiya müdafiələrinin təşkili ilə əlaqədar təklif edilən müddəaların elmdə keyfiyyət dəyişikliyinə müsbət təsir göstərəcəyini, Dissertasiya şuralarının rəhbərlərinin, habelə rəsmi opponentlərin məsuliyyətinin artırılmasına səbəb olacağını bildirib.

www.science.gov.az