sa sa 1620
Çexiyada koronavirusa qarşı peyvənd hazırlanır May 05, 2020 | 13:06 / Maraqlı məlumatlar

Çexiyada pandemiyanın ikinci və üçüncü dalğası ehtimalları nəzərə alınaraq koronavirusa qarşı peyvəndin hazırlanması üzərində tədqiqatlar davam etdirilir.

ria.ru saytı xəbər verir ki, bu barədə Çexiyanın Səhiyyə naziri Adam Voytex mayın 4-də keçirilən mətbuat konfransında məlumat verib.

“Vaksinin hazırlanması üzərində Dövlət Səhiyyə İnstitutunun, Hematologiya İnstitutunun, Klinik və Eksperimental Tibb İnstitutunun alimləri çalışırlar. Hazırda tədqiqatların ilk laboratoriya mərhələsi həyata keçirilir”, - deyə nazir bildirib.

Tədqiqatın elmi rəhbərlərindən biri olan kardioloq Vera Adamkovanın sözlərinə görə, Çexiyada COVID-19 əleyhinə vaksinin hazırlanması üzərində işlər cari ilin fevral ayından başlayıb. Hazırda dünyada 80-nə yaxın laboratoriya bu kimi tədqiqatlarla məşğul olur.

www.science.gov.az