sa sa 1619
Yeni genetik texnologiya nevroloji xəstəliklərin müalicəsinə xidmət edəcək May 06, 2020 | 11:25 / Maraqlı məlumatlar

Prinstondan olan tədqiqatçılar gen terapiyasında istifadə etmək, yeni genlərin çatdırılması və yararsız genlərin əvəz və ya  müalicə edilməsi üçün genetik mexanizmlər işləyib hazırlayırlar. Bu yeni sistem bir çox nevroloji xəstəliklərin müalicə prosesini yaxşılaşdıra bilər. Prinston Neyrobiologiya İnstitutunda virus neyromühəndisliyi üzrə tədqiqatçı Esteban Engel və onun qrupu genlərin ekspressiyasını işə salan yeni gen promotorları işləyib hazırlayıblar. Bu böyük genlərin çatdırılması və onların uzun müddət aktiv saxlanması üçün imkar yarada bilər. Alimlər gen terapiyasında istifadə üçün bu genetik mexanizmlər üzərində tədqiqatları davam etdirir. Bu bir çox xəstəlik, o cümlədən Parkinson xəstəliyi və Alzheimer xəstəliyi kimi beyinlə əlaqəli pozuntular üçün perspektivli bir strategiyadır.