sa sa 1866
Alimlərimizin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc ediləcək May 20, 2020 | 12:14 / Nəşrlər

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynovanın, institutun aparıcı elmi işçisi, b.ü.f.d., dosent Nurməmməd Mustafayevin, b.ü.f.d., dosent Ələmdar Məmmədovun, həmin müəssisənin dissertantı Elşən Məmmədovun və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin baş direktoru professor Ədalət Həsənovun birgə əməkdaşlıq çərçivəsində həmmüəllifi olduqları məqalə çapa qəbul edilmişdir.

Məqalə “Clarivate Analytics” (Thomson Reuter, Web of Science, Google Scholar və s.) beynəlxalq bazasında referatlaşdırılmış  yüksək impakt faktorlu “GENE” jurnalında dərc ediləcək (IF=2,638).

 “15 Autosom STR marker əsasında Azərbaycan populyasiyasının populyasion-genetik və müqayisəli interpopulyasion tədqiqi” adlı məqalədə 765 nəfər qohum olmayan vətəndaşdan ibarət Azərbaycan populyasiya nümunəsi 15 STR lokusun daxil olduğu identifikasiya markerləri şəbəkəsi ilə tədqiq edilmiş, hər bir STR lokus üzrə əsas populyasion-genetik və forensik parametrlər təyin olunmuş, həmin parametrlərin qiymətləndirilməsi əsasında göstərilmişdir ki, bu lokus şəbəkəsi identifikasiya məsələlərinin həllində uğurla tətbiq edilə bilər.  Bundan başqa Fischer genetik məsafə indeksləri, onların dəqiqliyinin P-qiymətləri əsasında populyasiyamızla dünyanın 17 müxtəlif populyasiyaları arasında müqayisəli analizlər aparılmış, populyasiyalar arasında korrelyasiya əlaqələrinin aydınlaşdırılması üçün FST genetik məsafələri əsasında prinsipal komponent (PCA) və prinsipal koordinat (PCoA) analizləri həyata keçirilmiş, Ney genetik məsafələri ilə iki riyazi yanaşma ilə (yaxın qonşuları birləşdirmı – NJ və arifmetik ortalı çəkisiz cüt-cüt qruplaşdırma – UPGMA) filogenetik ağaclar qurulmuşdur. Tədqiqatlar göstərmişdir ki, Azərbaycan populyasiyası Qafqaz mənşəli Avrasiya populyasiyalarına yaxın olaraq onlarla bir qrupda klasterləşir.