sa sa 1926
Alimlər ən güclü boy artımı genini aşkar ediblər May 21, 2020 | 12:03 / Maraqlı məlumatlar

Peru sakinlərinin genetik müxtəlifliyini tədqiq edən beynəlxalq alimlər qrupu boy artımına təsir edən ən güclü genetik faktoru aşkar ediblər. Belə bir faktor fibrillin zülalını kodlaşdıran FBN1 geninin bir variantıdır. E1297G kimi işarə olunan bu variant yalnız regionun yerli əhalisində (hindularda) tapılıb və daşıyıcının alçaq boylu olması bununla əlaqələndirilir. E1297G-nin hər bir nüsxəsinin boyun təqribən 2.2 sm kiçilməsinə səbəb olduğu aşkar edilib. Bu genin iki nüsxəsinə malik olan insanların boyu 4,4 sm digər insanlara nisbətən kiçikdir. Maraqlıdır ki, Perunun yerli əhalisinin 5%-nin genomunda E1297G mövcud olduğu halda, Meksika hindularında bu variant yalnız 1%-dən az əhalinin genomunda rast gəlinir. Avropa mənşəli insanların genomunda isə bu variant mövcud deyil.