sa sa 2111
Akademik İradə Hüseynova onu ad günü münasibətilə təbrik edən hər kəsə minnətdarlığını bildirib May 31, 2020 | 14:17 / Yubileylər

Əziz dostlar! Hörmətli kolleqalar!

Ad günüm münasibətilə mənə ünvanlanan çoxsaylı təbriklərə görə hamınıza səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Sizin təbriklərinizi mənim çoxillik elmi və pedaqoji fəaliyyətimə  ehtiram əlaməti kimi dəyərləndirirəm. Hər birinizə ayrılıqda cavab verməyə fiziki imkanım olmadığı üçün bir daha hamınıza xoş arzulara görə dərin minnətdarlığımı bildirirəm. Sizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzu edirəm.

Məhəbbətlə,

İradə Hüseynova