sa sa 1805
SARS-CoV-2 virusunu neytrallaşdıran effektiv anticisimlərin tapılması COVİD-19 virusuna qarşı mübarizədə əsas mərhələdir İyn 03, 2020 | 14:36 / Maraqlı məlumatlar

Pekin Universitetinin alimləri COVİD-19 xəstəliyinə səbəb olan yeni SARS-CoV-2 virusuna qarşı çox güclü neytrallaşdırıcı anticisimlər identifikasiya ediblər. İnsanın immun sistemi vasitəsilə yaranan, neytrallaşdırıcı anticisimlər hüceyrələrin viruslarla yoluxmasının qarşısını alır. Heyvanlar üzərində aparılan yeni təcrübələr göstərib ki, onların neytrallaşdırıcı anticisimləri COVİD-19 xəstəliyindən potensial müalicə təmin etməklə yanaşı, xəstəliyin qarşısını almaq baxımından qısa bir müddət effektiv olur. Bu pandemiyaya qarşı mübarizədə yeni mərhələnin başladığını göstərir.