sa sa 1662
“Elm” qəzetinin 7-ci və 8-ci sayları işıq üzü görüb + Foto İyn 17, 2020 | 11:53 / Nəşrlər

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin 7-ci və 8-ci sayları çapdan çıxıb.

Qəzetin ilk səhifələrində Prezident İlham Əliyevin “2020-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında”, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında” sərəncamları və bir sıra fərmanları yer alıb.

Nəşrin növbəti səhifələrində AMEA-nın onlayn Ümumi yığıncağı, həmçinin Rəyasət Heyətinin onlayn iclası, akademiyada ölkə başçısının çağırışlarına əsaslanan sistemli tədqiqatlara başlanılması, Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının onlayn tədbiri, Azərbaycan və Belarus arasında elmi-texniki əməkdaşlıq üzrə İşçi Qrupun onlayn formatda üçüncü iclası, "İnsan genetikası və genetik xəstəliklər: problemlər və inkişaf perspektivləri" mövzusunda onlayn beynəlxalq konfrans və s. barədə materiallar əks olunub.

Bundan əlavə, oxucular qəzetdə "Vətənin qurtuluş savaşına başçılıq edən lider", "Pandemiya ilə mübarizədə yeni mərhələ: minnətdarlıq və məsuliyyət", "Pandemiya dövrü Azərbaycan dövlətçiliyinin uğurlu sınağı oldu", "Postpandemiya, yaxud postamneziya dövrü", "Pandemiya şəraitində immunitetin təbii üsullarla gücləndirilməsi yolları", "Nadir şahın qətli üzərindən sirr pərdəsinin götürülməsinə xidmət edən dəyərli nəşr", "Dördüncü Sənaye İnqilabı", "Ölkənin ilk veb-portalı Science.az 25 illik yubileyini qeyd edir" adlı məqalələr, həmçinin fındıq qabığından bioekstraktın alınmasına dair müsahibə, region xəbərləri, yeni nəşrlər və s. məlumatlarla tanış ola bilərlər.

24 səhifəlik qəzetdə rus dilində maraqlı məqalələr də yer alıb.

Qeyd edək ki, 1984-cü ildən nəşr olunmağa başlayan "Elm" qəzetinin baş redaktoru İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.

science.gov.az