sa sa 1689
COVİD-19 xəstəliyinə qarşı qüvvətli insan anticisimləri heyvanlar üzərində sınaqdan keçirilib İyn 19, 2020 | 12:17 / Maraqlı məlumatlar

Scripps Research institutunun alimləri heyvanlarda və insanların hüceyrə kulturalarda test edərək COVİD-19 xəstəliyindən sağalan xəstələrin qanında SARS-CoV-2 virusuna qarşı qüvvətli müdafiə təmin edən anticisimlər aşkar ediblər.

Hazırda bütün dünyada səhiyyə sisteminin ən əsas prioriteti COVİD-19 əleyhinə dərman və ya peyvəndin işlənib hazırlanmasıdır. Bu xəstəliyə yoluxanlar arasında ölənlərin sayı hələ də artır. Yeni viral xəstəliyə qarşı istifadə olunan yanaşma üsullarından biri sağalan insanlarda virusun hüceyrələri yoluxdurma qabiliyyətini neytrallaşdıran anticisimləri identifikasiya etməkdir. Həmin anticisimlər sonradan biotexnoloji metodlar vasitəsilə kütləvi istehsal edilərək ağır xəstələrin müalicəsində və həmçinin peyvənd kimi qanda bir neçə həftə sirkulyasiya edərək xəstəliyin qarşısının alınmasında istifadə edilə bilər. Bu yanaşma üsulu artıq Ebola virusuna qarşı uğurla istifadə edilib. Alimlər B hüceyrələr adlanan 1000-dən çox anticisim istehsal edən immun hüceyrə ayırıblar. Bunların hər biri fərqli anti-SARS-CoV-2 anticismi yaradır. Həmin anticisimləri laboratoriyada istehsal etmək məqsədilə onların gen ardıcıllığı öyrənilib. Tədqiqatçıların dediyinə görə, heyvanlarda növbəti təhlükəsizlik testləri və insanlarda klinik sınaqlar uğurlu olarsa, ehtimal ki, anticisimlər artıq yanvar ayında kliniki istifadəyə verilə bilər.