sa sa 1710
Koronavirus infeksiyasına qarşı “nanosüngərlər” işlənib hazırlanıb ,Video İyn 22, 2020 | 11:48 / Maraqlı məlumatlar

San-Dieqo Kaliforniya Universitetinin alimləri hüceyrə kulturasında SARS-CoV-2 virusunu neytrallaşdıran “nanosüngərlər” işləyib hazırlayıblar. “Nanosüngərlər” virusun hüceyrələrə müdaxilə etmək və çoxalmaq qabiliyyətinin itməsinə səbəb olur. Nanohissəciklər insanın ağ ciyər və ya immun hüceyrələrinin membranlarında gizlənərək sağlam hüceyrələri virusun hücumundan qoruyur. Bu yanaşma üsulunda nanohissəciklərin hədəfi virus olmur. Belə ki, nanohissəciklər zərərli patogenləri və toksinləri özlərinə hopdururlar. Məhz bu səbəbdən onlar nanosüngər “adlandırılıb”. Boston Universitetinin tədqiqatçıları müəyyən etmişlər ki, ağ ciyər və ya immun hüceyrələr üçün hazırlanmış “nanosüngərlər” virusun yoluxdurma qabiliyyətinin 90%-nin itməsinə səbəb olur.

www.genengnews.com