sa sa 1840
T-hüceyrələr koronavirusa qalib gəlir İyl 07, 2020 | 13:26 / Maraqlı məlumatlar

İsveç alimləri insanın qazanılmış immunitetinin T-hüceyrələri vasitəsilə koronavirusla mübarizə aparmağın mümkün olduğunu sübut etdilər. Çox güman ki, xəstəliyi simptomsuz keçirən insanlarda məhz bu mübarizə forması işə düşür. Tədqiqatlar 200 insan üzərində aparılıb. Onların əksəriyyəti koronavirus xəstəliyini keçirmiş və bir hissəsində isə xəstəlik heç bir test vasitəsilə aşkar etməmişdi. T-hüceyrələr xəstəliyi ağır və orta səviyyədə keçirən insanların hamısında aşkar edilib. Lakin bu hüceyrələr özlərini tam sağlam hesab edən insanların da 30%-də aşkar edilib. Nəzəri olaraq, T-hüceyrələr anticisimlər yaranmazdan əvvəl virusa qalib gələ bilər. Xəstəliyi yüngül formada keçirən insanların qanında anticisimlərin aşkar edilməməsini bununla izah etmək olar. Bu hüceyrələr virusla mübarizə üçün ən düzgün vasitədir. Koronavirusla mübarizə təcrübəsi qazanmış orqanizmin məhz T-hüceyrələri sayəsində gələcəkdə bu xəstəliyə qarşı davamlı olacağı istisna edilmir.