sa sa 2396
İnstitutun gənc alimi Avropa Şurasının Bioetika Komitəsinin iclasında iştirak edib + Foto İyn 01, 2018 | 10:18 / Ezamiyyətlər

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Milli Bioetika Komitəsinin elmi katibi b.ü.f.d. Gülnarə Balakişiyeva Avropa Şurasının Bioetika komitəsinin 13-cü iclasında iştirak etmək məqsədilə 23-25 May 2018-ci il tarixlərinində Fransanın Strasburq şəhərində ezamiyyətdə olmuşdur. İclasın gündəliyində duran əsas məsələ psixi pozğunluğu olan şəxslərin məcburi xəstəxanaya yerləşdirilməsi və məcburi müalicəsi baxımından onların hüquqlarının qorunmasına dair Əlavə Protokol layihəsinin müzakirəsi olmuşdur. Avropa şurasına daxil olan 47 ölkənin nümayəndələrinin iştirak etdiyi iclasda həmçinin Bioetika sahəsində ölkələrdə olan yeniliklər haqqında məlumat verilmiş, “Oviedo” konvensiyasının bir sıra müddəaları müzakirə edilmiş, insan genomunu redaktə texnologiyaları ilə bağlı meydana çıxan etik və hüquqi məsələlərə toxunulmuşdur. İclasın yekununda dəyişiklər edilmiş Əlavə Protokol layihəsi baxılması üçün Avropa Şurasının İnsan Hüquqları üzrə Əlaqələndirmə Komitəsinə göndərilmişdir.