sa sa 2321
“Kənd təsərrüfatı bitkilərinin stress faktorlara qarşı cavab reaksiyasının OMICS tədqiqi” mövzusunda elmi seminar + Foto İyn 04, 2018 | 14:00 / Seminarlar

İyunun 4-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirildi. Proteomiks laboratoriyasının kiçik elmi işçisi Aynurə Paşayeva “Kənd təsərrüfatı bitkilərinin stress faktorlara qarşı cavab reaksiyasının OMICS tədqiqi” mövzusunda çıxış etdi. Seminar zamanı kompleks molekulyar tənzimləyici sistemlərin kodunun açılması, stresə qarşı davamlılıq və bitkilərin daim dəyişən ətraf mühitə uyğunlaşması üçün OMICS tədqiqatının zəruriliyi vurğulandı. Seminar çərçivəsində mövzunun əsas cəhətləri açıqlandı, ən problemli məsələlər və onların həlli yolları müzakirə edildi.