sa sa 4936
Depressiyanın yaranma səbəbi virusdur İyl 28, 2020 | 10:33 / Maraqlı məlumatlar

Yaponiya alimləri müəyyən etmişlər ki, depressiyanı herpes virusunun 6-cı tipi yaradır. Bu virus bütün insanların orqanizmində yatmış vəziyyətdə olur və yüksək səviyyəli stresə reaksiya verərək xəstəliyin yaranmasına səbəb olur. Alimlər hesab edirlər ki, bu virusun fəaliyyət mexanizminin öyrənilməsi depressiyanın yaranmasının ilkin mərhələlərində daha effektiv diaqnozlaşdırma və müalicə üçün imkan yaradır. Yaponiyanın Caykey Tibb Universitetinin alimləri insanın 6-cı tip (cəmi 8 herpes virusu mövcuddur) herpes virusunu öyrənmişlər. Neytrofik virus bütün dünyada yayılmışdır (insanların 100%-i bu virusun daşıyıcısıdır). Bu virus qanda gizlənərək daşıyıcıda latent infeksiya vəziyyətini saxlayır. İnsan stress vəziyyətinə düşdükdə və ya çox yorulduqda virusun qatılığı artır və onu tüpürcəkdə aşkar etmək olar. Daha sonra virus qoxu soğanağına keçərək onu yoluxdurur. Virusda olan SITH-1 geni SITH-1 zülalını sintez edir. O isə öz növbəsində, kalsiumu soğanaq hüceyrələrinə istiqamətləndirərək onları öldürür. Qoxu soğanağının əsas vəzifəsi qoxuların qəbul edilməsi olsa da, eyni zamanda  insanın emosiyalarına təsir edir. Buna görə də, onun funksiyaları pozulursa, stres güclənir və beyin buna reaksiya verərək depressiyaya səbəb olur. Depressiyadan əziyyət çəkən xəstələrin 80%-də SITH-1 aşkar edilmişdir. Bu o deməkdir ki, insanın qanında bu zülalın yüksək qatılığı olarsa, onun xəstələnmə ehtimalı artır (12 dəfə). Bundan başqa, bu xəstələrdə anticisimlərin qatılığı sağlam adamlara nisbətən 20 dəfə çox olur. Bu zülalı həmişə pis əhval-ruhiyyədə olan insanlarda aşkar edərək xəstəliyi erkən mərhələlərində diaqnozlaşdırmq olar. Xəstəliyin inkişaf mexanizmini müəyyənləşdirmək və dərman tapmaq üçün əlavə tədqiqatlar aparılmalıdır.

naked-science.ru