sa sa 1665
“AMEA-nın Məruzələri” jurnalının Redaksiya heyətinin yeni tərkibi təsdiq edilib İyl 29, 2020 | 13:37 / Nəşrlər

1945-ci ildən nəşr olunan “AMEA-nın Məruzələri” jurnalının fəaliyyətinin müasir dövrün elmi-kütləvi nəşr tələblərinə uyğun təkmilləşdirilməsi məqsədilə jurnalın Redaksiya heyətinin tərkibində dəyişiklik edilməsi zərurəti yaranıb.

Bunu nəzərə alaraq, AMEA Rəyasət Heyəti tərəfindən 16 iyul 2020-ci il tarixində “AMEA-nın Məruzələri” jurnalının Redaksiya heyəti haqqında” qərar qəbul olunub.

Qərara əsasən, jurnalın Redaksiya heyətinin tərkibi təsdiq edilib. Jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, baş redaktorun müavinləri - AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, redaksiya heyətinin üzvləri isə AMEA-nın vitse-prezidentləri, akademiklər – Tofiq NağıyevNərgiz PaşayevaDilqəm TağıyevRasim Əliquliyev və İradə Hüseynova təsdiq olunub. Jurnalın redaksiya heyətində AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa SadıqovNaxçıvan Bölməsinin sədri, akademik İsmayıl HacıyevGəncə Bölməsinin sədri, akademik Fuad Əliyev yer alıb. AMEA-nın akademik-katibinin xidmətində elmi katib Gülarə Muradova isə nəşrin məsul katibi olub.

Sənəddə jurnalın ildə dörd dəfə olmaqla Azərbaycan, rus və ingilis dillərində nəşr olunması qərara alınıb.

Jurnalda elmi yenilikləri olan mühüm elmi tədqiqatlar və onların nəticələri haqqında məqalələrin çap olunması nəzərdə tutulur.

science.gov.az