sa sa 1718
Akademik İradə Hüseynova: "AMEA-da vaksinlərlə məşğul olan iki beynəlxalq laboratoriya fəaliyyət göstərir" Avg 05, 2020 | 11:00 / Konfranslar, iclaslar

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) vaksinlərlə məşğul olan iki beynəlxalq laboratoriya fəaliyyət göstərir. Bu labaratoriyalarda çalışan mütəxəssislər, həmçinin dünyanın aparıcı elmi tədqiqat müəssisələrində vaksinlərin hazırlanmasında yaxından iştirak edirlər.

Bu barədə AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri, MBBİ-nin direktoru, akademik İradə Hüseynova avqustun 4-də “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda keçirilən beynəlxalq onlayn konfransda məlumat verib.

Vitse-prezident vurğulayıb ki, MBBİ-də, eləcə də AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda koronavirus genomunun oxunması üçün zəruri olan bütün imkanlar mövcuddur.

İradə Hüseynova bu genomların verilənlər bazalarında olan məlumatlarla müqayisəli təhlil olunması prosesini həyata keçirmək üçün akademiyada yüksəkixtisaslı kadrların fəaliyyət göstərdiyini də bildirib.

science.gov.az