sa sa 2775
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynovanı AMEA-nın yeni vitse-prezidenti seçilməsi münasibətilə təbrik edirik! İyn 11, 2018 | 11:21 / Mühüm hadisələr

8 iyun 2018-ci il tarixində AMEA-nın ümumi yığıncağında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova Elmlər Akademiyasının yeni vitse-prezidenti vəzifəsinə seçilib. Bu təyinat İradə xanımın istər elmi fəaliyyətində, istərsə də ictimai fəaliyyətində uğurunun qiymətləndirilməsi, ona göstərilən etimadın təsdiqi deməkdir. İnstitutun yarandığı gündən qazanılmış elmi nailiyyətlər və uğurlarda elmi quruma rəhbərlik edən İradə xanımın xidmətləri danılmazdır. Onu bu əlamətdar hadisə münasibətilə təbrik edir, gələcək elmi və ictimai fəaliyyətlərdə daha böyük uğurlar arzulayırıq!