sa sa 2580
“In vitro bitki hüceyrə kulturasında epigenetik dəyişikliklər: somaklonal variasiya” mövzusunda seminar keçirilmişdir + Foto İyn 11, 2018 | 11:00 / Seminarlar

İyunun 11-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilmişdir. Seminarda Bitki biotexnologiyası laboratoriyasının böyük laborantı Günay İsmayılova “In vitro bitki hüceyrə kulturasında epigenetik dəyişikliklər: somaklonal  variasiya” mövzusunda çıxış etmişdir. G. İsmayılova son onillikdə əhəmiyyəti get-gedə artan və bir çox bioloqun marağına səbəb olan epigenetik tənzimlənmələr haqqında, transkripsiya və post-transkripsiya səviyyələrində sürətli və uyğun dəyişikliklərlə ətraf mühit stresslərinə qarşı mübarizə strategiyaları və somaklonal variasiyalar haqqında məlumat vermişdir. Məruzəçinin çıxışı maraqla dinlənilmiş və geniş müzakirə olunmuşdur.