sa sa 1990
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edirik. Avg 26, 2020 | 19:06 / Mühüm hadisələr

Çox hörmətli Mehriban xanım!

       Sizi, ölkəmizin dayanıqlı inkişafına və yüksəlişinə əvəzedilməz töhfələr verən respublikamızın Birinci xanımını ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı sizə bildirmək istəyirəm. 
       Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətiniz, müdrikliyiniz, insanlara qarşı xeyirxahlığınız və səmimiyyətiniz sayəsində siz həm respublikamızda, həm də dünyada milyonlarla insanın məhəbbətini və hörmətini qazanmısınız. Sizin həyat yolunuz hər bir azərbaycanlı xanıma örnəkdir. Azərbaycan mədəniyyətinin geniş təbliğ olunmasında,  milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Sizin böyük xidmətləriniz vardır. Dünyanı gərgin vəziyyətdə saxlayan COVİD-19 pandemiyası ərəfəsində əhalinin sağlamlığının və sosial rifahının qorunması istiqamətində fəaliyyətiniz elmi ictimaiyyət və bütövlükdə cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.
       Əziz Mehriban xanım! Sizi bir daha səmimi qəlbdən təbrik edir, sizə möhkəm cansağlığı, sevinc dolu işıqlı və xoşbəxt həyat, xalqın sizə olan sevgisinin tükənməz enerji mənbəyiniz olmasını arzulayıram!
       Qarşıda  sizi müstəqil Azərbaycanın daha da inkişafı naminə məqsədyönlü və şərəfli fəaliyyətinizdə uca zirvələr gözləyir! Qoy ulu tanrı həmişə sizə yar olsun!!!
       
        Dərin hörmətlə, 
        AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova