sa sa 1652
AMEA Rəyasət Heyəti aparatının binasında növbəti dezinfeksiya işləri aparılıb + Foto Sen 07, 2020 | 10:37 / Mühüm hadisələr

AMEA Rəyasət Heyəti aparatının binasında koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əməkdaşların sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə növbəti tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb. Belə ki, sözügedən binada nəzarət-buraxılış məntəqəsi, otaqlar, konfrans zalları, dəhlizlər və zirzəmilər dezinfeksiya olunub.

Dezinfeksiya işləri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin "Koronavirusla bağlı AMEA-da profilaktik tədbirlər haqqında" sərəncamına əsasən baş tutub.

Bundan əlavə, AMEA Rəyasət Heyəti aparatının əməkdaşlarına Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə ciddi şəkildə əməl etmək, şəxsi gigiyena qaydalarına riayət etmək, sosial məsafəni gözləmək və tibbi maskadan istifadə etmək barədə müvafiq tapşırıqlar verilib.

science.gov.az