sa sa 5961
İtaliyada COVID-19-u üç dəqiqə ərzində aşkarlayan test hazırlanıb Sen 10, 2020 | 09:53 / Maraqlı məlumatlar

İtaliya Səhiyyə Nazirliyi koronavirusu üç dəqiqəyə aşkarlayan yeni testin istehsalına razılıq verib.

www.radiosputnik.ria.ru saytı xəbər verir ki, Sannio Universitetinin mütəxəssislərinin işləyib hazırladığı test tüpürcəyin analizinə əsaslanır və burun boşluğundan yaxma götürmək tələb olunmur.

"Messaggero" qəzetinin yaydığı məlumata görə, həmçinin Milli Yoluxucu Xəstəliklər İnstitutunun laboratoriyasında tüpürcək nümunəsi üzrə ekspress-testin sınaqları keçirilir. Sınaqların nəticəsi ayın sonlarına gözlənilir.

science.gov.az