sa sa 1590
Akademik İradə Hüseynova instituta yeni qəbul olunan magistrantlarla görüş keçirib + Foto Sen 09, 2020 | 15:12 / Görüşlər

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova instituta yeni qəbul olunan magistrantlarla görüşüb. İnstitutunun magistraturasına bu il “Molekulyar biologiya” ixtisası üzrə 3 nəfər, “Biotexnologiya” ixtisası üzrə 2 nəfər, “Biokimya” ixtisası üzrə 2 nəfər tələbə qəbul olunub. MBBİ-də 2020/2021-ci tədris ilində 16 nəfər magistrant təhsil alacaq. Akademik İradə Hüseynova akademik Cəlal Əliyev məktəbinin davamı olan Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elm və təhsilə qoyulan yüksək tələblər haqqında gənclərə məlumat verib. Akademik hazırda Oksford, Monpelye, Gent, İstanbul və digər universitetlərdə doktorantura təhsilini uğurla davam etdirən institutun əvvəlki illərin məzunlarından söhbət açaraq magistrantlara təhsildə uğurlar arzulayıb. Görüşdən sonra magistrantlar institutun təhsil şöbəsinin tədris auditoriyaları və elmi-tədqiqat laboratoriyaları ilə tanış olublar.