sa sa 6493
Dünyada təxminən 180 koronavirus peyvəndi hazırlanır Sen 11, 2020 | 10:13 / Maraqlı məlumatlar

Hazırda dünya ölkələri koronavirusa qarşı 180-ə yaxın peyvənd hazırlayır, bunlardan 35-i insanlar üzərində sınaqdan keçirilir.

"TASS" agentliyi xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.

Onun sözlərinə görə, tarixdə heç bir xəstəliklə bağlı bu qədər sürətli tədqiqatlar aparılmayıb.

T.A.Qebreyesus əlavə edib ki, bu, son illərdə elm və texnologiya sahələrində əhəmiyyətli irəliləyişi nümayiş etdirir.

science.gov.az