sa sa 1603
İnstitutunun əməkdaşı, b.ü.f.d., dos. Samirə Rüstəmova onlayn platformada keçirilən beynəlxalq seminarda iştirak edib + Foto Okt 12, 2020 | 03:39 / Seminarlar

7-9 oktyabr 2020-ci il tarixlərində Borlaug Qlobal Pas Təşəbbüsü (BGRI) Beynəlxalq Konsorsiumun onlayn platformada keçirilən seminarında AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı, b.ü.f.d., dos. Samirə Rüstəmova iştirak edib. BGRI “yaşıl inqilabın atası” hesab olunan Nobel mükafatı laureatı Norman Borlaug tərəfindən 2005-ci ildə ICAR, ICARDA, CIMMYT, UN-FAO və Cornell Universitetinin birgə tərəfdaşlığı ilə yaradılıb. Konsorsiumun əsas məqsədi bütün dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə  buğdanın pas xəstəliklərinə nəzarət və xəstəliklərlə mübarizənin həyata keçirilməsi istiqamətində davamlı beynəlxalq əməkdaşlığın aparılmasıdır. Seminar çərçivəsində buğdanın pas xəstəlikləri üzrə aparılan ən müasir tədqiqatların nəticələrini əks etdirən məruzələr dinlənilib və geniş müzakirələr aparılıb. Beynəlxalq Konsorsiumda 2014-2019-cu illər ərzində Azərbaycanın müxtəlif regionlarından toplanmış gövdə pası nümunələrinin genotipləmə nəticələri təqdim olunub. Qeyd etmək lazımdır ki, bu tədqiqatlar ABŞ Kənd Təsərrüfatı Departamenti Bitki Xəstəlikləri laboratoriyasının əməkdaşı doktor Les Szabo ilə birgə aparılıb.