sa sa 1599
“Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə yeni sayı çap olunub Okt 13, 2020 | 12:21 / Nəşrlər

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə cari ildə 16-cı nömrəsi işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yer alıb.

Mətbu orqanın növbəti səhifələrində AMEA Rəyasət Heyətinin iclası, akademiyanın elmi müəssisə və təşkilatlarının Silahlı Qüvvələrin Yardım Fonduna köçürdüyü vəsait, eləcə də akademiklər Dilqəm Tağıyev, Rasim Əliquliyev, İsmayıl Hacıyev, Teymur Kərimli, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, AMEA Yap ərazi təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ulduzə Qurbanova, AMEA-nın Qadınlar Şurası, Gürcüstan Elmlər Akademiyasının akademiki Vladimer Papava, türkiyəli professor Abdullah Avey, alman tarixçi Mixael Raynhard və digərlərinin Azərbaycan Ordusuna dəstək məqaləsi və bəyanatı öz əksini tapıb.

Bundan əlavə, Kənd Təsərrüfatı Nazirliyində AMEA-nın institutları tərəfindən təqdim olunan layihələrin müzakirəsi, “Cənubi Qafqaz. 1903-cü il” xəritəsi: ermənilərin toponimik aqresiyalarını arqument kimi ifşa edən tarixi-coğrafi xəritələr”, “Dağlıq Qarabağ: burada nə baş verir?” sərlövhəli məqalələr, yeni nəşrlər, 2020-ci il Nobel laureatları və elanlarla tanış ola bilərsiniz.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində maraqlı yazılar da yer alıb.

science.gov.az