Ana səhifəAMEA Molekuyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi əsərləri toplusu sa sa

“AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitiutunun Elmi Əsərləri” (Transactions of the Institute of Molecular Biology & Biotechnologies, MSE AR) jurnalının VIII cildinin 1-ci nömrəsi (2024-cü il) işıq üzü görüb. Jurnalın bu sayında AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda, həmçinin birgə əməkdaşlıq çərçivəsində respublikanın müxtəlif ali təhsil, elmi-tədqiqat müəssisələrində biologiya sahəsində aparılan elmi-tədqiqat işlərinin nəticələrini özündə əks etdirən 10 elmi məqalə çap edilib. Son nömrəyə daxil olan məqalələr haqqında məlumatları jurnalın müstəqil internet saytından (http://timbb.az) əldə etmək olar. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər”in, həmçinin “ICI Journals Master List”, AGRİS, ASCI-Database və Crossref bazalarında indeksləşən jurnalların siyahısına daxildir. Hazırda jurnalın Web of Science və Scopus elmmetrik məlumat bazalarına daxil edilməsi istiqamətində də işlər aparılır.