Ana səhifəAMEA Molekuyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi əsərləri toplusu sa sa

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Əsərləri (Transactions of the Institute of Molecular Biology & Biotechnologies, ANAS) jurnalının  VI cildinin 1-ci nömrəsi (2022-ci il) işıq üzü görüb. 2017-ci ildə fəaliyyətə başlayan jurnal institutda həyata keçirilən elmi-tədqiqat işlərinin nəticələrini daha geniş oxucu kütləsinə çatdırmaq məqsədi ilə tam şəkildə ingilis dilində çap olunur. Nəfis şəkildə çap olunmuş  jurnalın bu sayında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda, həmçinin birgə əməkdaşlıq çərçivəsində respublikanın və dünyanın müxtəlif ali təhsil, elmi-tədqiqat müəssisələrində biologiya və tibb elmləri sahəsində aparılan elmi-tədqiqat işlərinin nəticələrini özündə əks etdirən 10 məqalə çap edilib. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxil edilib. Hazırda jurnalın Web of Science və Scopus elmmetrik məlumat bazalarına daxil edilməsi istiqamətində işlər aparılır.