Ana səhifəElanlar sa sa 2724
Doktoranturaya və dissertanturaya hazırlaşanların nəzərinə! Sen 17, 2020 | 10:17

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu AR Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2020-ci il üçün  fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul Planı”na əsasən aşağıdakı ixtisaslar üzrə qəbul elan edir.

Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura:

2415.01 Molekulyar biologiya – 2 yer (əyani)

2422.01 Biotexnologiya – 2 yer (əyani)

2406.02 Biokimya – 1 yer (əyani)

2424.01 Riyazi biologiya, bioinformatik – 1 yer (qiyabi)

 

Fəlsəfə doktoru hazırlığı üzrə dissertantura:

2415.01 Molekulyar biologiya – 2 yer 

2406.02 Biokimya – 2 yer

 

Elmlər doktoru hazırlığı üzrə dissertantura:

2415.01 Molekulyar biologiya – 2 yer 

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 14 sentyabr - 7 oktyabr 2020-ci il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək.

Tel.: (+994 12) 538 11 64