Ana səhifəElanlar sa sa 1842
COST proqramında iştirak üçün 40 yeni layihə təsdiqlənib İyl 01, 2021 | 12:51

Avropa Komissiyasının COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) Fəaliyyəti üzrə 40 yeni layihə təsdiq edilib.

Azərbaycanlı alim və mütəxəssislər bu layihələrə qoşula bilərlər. Bunun üçün uyğun layihə seçilməli və layihə rəhbərinə müraciət məktubu göndərilməlidir. Müraciət ilə əlaqəli ətraflı məlumat COST üzrə milli əlaqələndirici şəxs İlham Hümbətov (əlaqə: ilhamh@gmail.com) və ya AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsindən (+994 12 4923446) əldə edilə bilər.

Müasir dövrdə prioritet sahələrin inkişafı üçün multidissiplinar yanaşmanın və elmi-tədqiqat müəssisələri, istehsal sahələri, dövlət və özəl sektorlardan olan mütəxəssislərin əməkdaşlığının mühümlüyünü nəzərə alaraq, COST Fəaliyyəti müxtəlif ölkələrdən olan mütəxəssislər tərəfindən qabaqcıl ideyaların birgə həyata keçirilməsi, təcrübə və məlumat mübadiləsi məqsədilə elmi şəbəkələrin yaradılması üçün geniş imkanlar açır.

Qeyd edək ki, hazırda 20-dən çox azərbaycanlı alim və mütəxəssis 15-ə yaxın COST layihəsinin iştirakçısıdır.

science.gov.az