Ana səhifəElanlar sa sa 1546
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu doktorantura və dissertanturaya qəbul elan edir Apr 06, 2022 | 09:00

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 140s nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2022-ci il üçün  fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul planına əsasən aşağıdakı ixtisaslar üzrə qəbul elan edir.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına:

2415.01 – “Molekulyar biologiya” – 2 yer (əyani);

2406.02 – “Biokimya” - 1 yer (əyani);

2422.01 – “Biotexnologiya” - 1 yer (əyani);

2411.02 - “Bitki fiziologiyası” – 1 yer (əyani);

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ödənişli əsaslarla:

2415.01 – “Molekulyar biologiya” – 1 yer (əyani);

2422.01 – “Biotexnologiya” - 1 yer (əyani);

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya büdcə hesabına:

2406.02 – “Biokimya” - 1 yer;

2424.01 – “Riyazi biologiya, bioinformatika” - 1 yer.

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya ödənişli əsaslarla:

2422.01 – “Biotexnologiya” - 1 yer;

Elmlər doktoru proqramı üzrə dissertanturaya büdcə hesabına:

2411.02 - “Bitki fiziologiyası” – 1 yer;

Sənədlər 5 aprel 2022-ci il tarixindən 5 may 2022-ci il tarixinə kimi hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul edilir.

Tel.: (+994 12) 538 11 64