Ana səhifəElanlar sa sa 1036
“Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda beynəlxalq konfrans keçiriləcək May 30, 2023 | 11:00

Mayın 31-də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə keçirilməsi planlaşdırılan “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda beynəlxalq konfrans iyunun 19-da keçiriləcək. 

Tezis qəbulu isə iyun ayının 14-ə kimi uzadılır.

Konfransın əsas elmi istiqamətləri:

  1. Azərbaycanın təbii kompleksləri, ekosistem tədqiqatları, ətraf mühitin qorunması
  2. Bioloji müxtəliflik, onun mühafizəsi və səmərəli istifadəsi
  3. Qorunan ərazilər, onların idarəolunması problemləri
  4. Azərbaycanın landşaftlarının torpaq və su ehtiyatları
  5. Ekoloji və bioloji resursların dinamikası, populyasiya tədqiqatları
  6. Paleobiologiya və geobiologiya
  7. Canlı növlərin tədqiqinə müasir (o cümlədən molekulyar-genetik) yanaşmalar
  8. Azərbaycan təbiətinə dair elektron məlumat bazaları və rəqəmsal xəritələşdirmə
  9. İşğaldan azad edilmiş ərazilərin təbiəti
  10. Ekoturizm

Tezislər conference.biol.2023@gmail.com elektron ünvanına göndərilməlidir (əlaqə tel.: (+994 50) 463 63 27)

Konfransın dili: Azərbaycan və ingilis dilləri

Tezisin göndərildiyi məktubun mövzu yerində “Konfrans-Azərbaycan təbiəti” sözlərinin yazılması tələb olunur.

Tezis faylının (Word) adı birinci müəllifin latın hərfləri ilə yazılmış soyadı və adı ilə başlanmalıdır.

Tezislərin tərtibi qaydaları

Tezisin adından yuxarıda sağdan aid olduğu seksiyanın nömrəsi göstərilir və sonra bir sətir buraxılır.

Tezisin mətni:

- Tezislər Word A4 formatında, Arial 12 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoyulmaqla), sətirlərarası 1.05 olmaqla,  ən çoxu 1 səhifə həcmində olmalıdır.

- Abzaslar arasında məsafə qoyulmur, mətn hər iki tərəfdən düzləndirilir.

- Tezisin adı ortadan böyük hərflərlə BOLD (qara) şriftlə, bir sətir buraxdıqdan sonra növbəti sətirdə ortadan BOLD şriftlə tezisin müəlliflərinin ad və soyadları (ad açıq yazılır), bir sətir buraxdıqdan sonra ortadan İtalic şrifti ilə hər müəllifin iş yeri, ölkəsi, korrespondent* müəllifin e-mail ünvanı verilir.

- Bir sətir buraxıldıqdan sonra abzasdan (abzas - 1 sm) adi şriftlə əsas mətn başlanır.

Tezislər orijinal tədqiqat işlərinin nəticələrini əks etdirməlidir. Tezis təqdim edən şəxslər konfransda mütləq çıxış etməlidirlər.

Tezislər təşkilat komitəsinin dəyərləndirməsindən sonra nəşr üçün qəbul ediləcəkdir. Tələblərə uyğun olmayan tezislər (Nümunə) çap olunmayacaq.