Ana səhifəElanlar sa sa 801
Dendrologiya İnstitutunda beynəlxalq simpozium keçiriləcək İyl 10, 2023 | 09:00

Sentyabr ayında AR ETN  Dendrologiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş VI “Avrasiyada biomüxtəliflik - SEAB 2023” adlı beynəlxalq simpozium keçiriləcək.

Simpozium Avropa və Asiya qitələrinin əsas bitki örtüyü və heyvanlar aləmi olmaqla, çox sayda elmi araşdırmalar üzrə “Ətraf mühitin çirkləndiricilərinin iqlim dəyişkənliyinə təsiri”, “İqlim dəyişkənliyinin növlərin yayılması, arealı və miqdarına təsiri”, “Bitkilərin in vitro, in situ, ex situ şəraitində biomüxtəlifliyinin öyrənilməsi və biomüxtəlifliyin saxlanılmasının normativ-hüquqi bazası”, “Təbii və antropogen amillərin biomüxtəlifliyə təsiri” və “Biomüxtəlifliyin saxlanılma problemləri” və s. bölmələri üzrə təşkil olunacaq.

Qeyd edək ki, simozium ilk dəfə 2015-ci ildə Azərbaycanda Dendrologiya İnstitutunda, 2016-cı ildə Türkiyənin Pamukkale Universitetində (Denizli), 2017-ci ildə Belarus Dövlət Universitetində (Minsk), 2018-ci ildə Ukraynanın Taras Şevçenko adına Kiyev Dövlət Universitetində və 2021-ci ildə Al-Farabi adına Qazaxıstan Dövlət Universiteti və Türkiyənin Muğla Sıtkı Koçman Universitetində keçirilib.