Səmra Tahir qızı Mirzəyeva
Anadan olduğu yer | Bakı şəh. |
Təvəllüdü | 28.04.1991 |
Bitirdiyi ali təhsil müəssisəsi | Bakı Dövlət Universiteti (BDU) |
Elmi dərəcəsi | Biologiya üzrə fəlsəfə doktoru |
Elmi rütbəsi | - |
Namizədlik dissertasiyasının ixtisas şifri, ixtisasın adı və mövzusu | 2415.01 Molekulyar biologiya “Azərbaycanda tomat (Solanum lycopersicum L.) bitkisini yoluxduran viruslarin diaqnostikasi, identifikasiyasi və patogenezlə induksiya olunan dəyişikliklərin tədqiqi” |
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı | 22 |
Xaricdə çıxmış elmi əsərlərinin sayı | 5 |
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı | 3 |
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı | - |
Kadr hazırlığı: - fəlsəfə doktorlarının sayı | - |
Əsas elmi nailiyyətləri | 1. Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən çoxsaylı monitorinqlər zamanı virus xəstəliklərinin xarakterik simptomları, immunoxromatoqrafik test və immunoferment analizin (İFA) nəticələri əsasında, tomat (Solanum lycopersicum L.) bitkisini yoluxduran RNT genomlu viruslardan Tobamovirus, Cucumovirus, Tospovirus, Crinivirus, Curtovirus, Nepovirus, Potyvirus, Potexvirus, DNT genomlu Geminivirus və eyni zamanda, Tobamovirus infeksiyalarının qarışıq formaları aşkar edilmişdir. 2. Universal və spesifik praymerlərdən istifadə etməklə aparılan RT-PZR analizi nəticəsində Abşeron yarımadası və Salyan rayonu ərazisindən götürülmüş tomat nümunələrində Tobacco mosaic virus (TMV), Tomato mosaic virus (ToMV), Pepper mild mottle virus (PMMoV), Quba və Xaçmazdan olan nümunələrdə Tobacco etech virus (TEV), Masallı rayonundan toplanan nümunələrdə isə Tomato spotted wilt virus (TSWV) molekulyar səviyyədə identifikasiya olunmuşdur. 3. Azərbaycanda ilk dəfə olaraq, TY1(+) və TY2(-) praymerləri ilə aparılan PZR və amplifikasiya məhsullarının sekvens analizi nəticəsində Geminiviruslar növ səviyyəsində identifikasiya edilmişdir. Nəticədə Abşerondan götürülən tomat nümunələrinin Tomato yellow leaf curl virus (TYLCV) növü ilə yoluxması müəyyən edilmiş və izolyatın genomunun nukleotid ardıcıllıqları KY412552 qeydiyyat nömrəsi altında GenBank-a yerləşdirilmişdir. 4. Müəyyən edilmişdir ki, Tobamovirus infeksiyaları və onların qarışıq formalarının təsirindən tomat bitkisi yarpaqlarda stresin indikatoru sayılan H2O2-nin miqdarının kəskin artması fonunda fotosintetik piqmentlərin sintezi inhibirləşir. 5. Virusla yoluxmuş tomat yarpaqlarında xloroplastların funksional fəallığının öyrənilməsi zamanı FS II-nin fotokimyəvi effektivliyinin və onun tərkibinə daxil olan 47, 33, 29-24 və 17-15 kDa zülalların sintezinin əhəmiyyətli dərəcədə azalması müəyyən edilmişdir. Bu hal 18 FSII-nin molekulyar strukturunda və FSI və FS II-nin elektron nəqliyyat sistemində elektronların daşınmasında baş verən dəyişikliklərlə izah oluna bilər. 6. Tobamovirus infeksiyaları və onların qarışıq formalarının təsirindən yarpaqlarda qlisin-betainin miqdarı nəzarətlə (29,3 µq/ml) müqayisədə ~ 2,0÷2,5 dəfədən çox artır (uyğun olaraq 69,7; 60,1 və 72,5 µq/ml təşkil edir) ki, bu da tomat bitkisinin patogenezə qarşı davamlılığını təmin edən faktorlardan biri sayıla bilər. 7. Virus infeksiyalarının təsirinə məruz qalmış tomat bitkisinin yarpaqlarında peroksidaza fermentlərinin fəallığı və izoferment tərkibi tədqiq edilmişdir. Patogenezin biokimyəvi markeri sayılan peroksidaza fermentlərinin fəallığı nəzarətlə müqayisədə kəskin artmış və bu artım PMMoV virusu ilə yoluxmuş bitkilərdə daha yüksək olmuşdur. Bu isə həmin virusun bitki hüceyrələri üçün daha təhlükəli effektə malik olduğunu göstərir. Patogenez zamanı yarpaqlarda askorbatperoksidaza fermentinin 1, benzidinperoksidaza və qvayakol-peroksidaza fermentlərinin isə 2 yeni izoforması induksiya olunmuşdur. 8. Aparılan fitopatoloji və statistik analizlər əsasında bu qənaətə gəlinmişdir ki, Azərbaycanın tərəvəzçilik inkişaf etmiş digər rayonları ilə müqayisədə Salyan rayonunda tomat bitkisində virus xəstəliklərinin yayılma dərəcəsi və təsir şiddəti daha kəskindir. |
Elmi əsərlərinin adları |
|
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü | - |
Pedaqoji fəaliyyəti | AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistratura pilləsində təhsil alan tələbələrə "Genetik məlumatın ekspresiyasının tənzimlənmə mexanizmləri" kursunun tədrisi |
Digər fəaliyyəti | - |
Təltif və mükafatları |
|
İş yeri və ünvanı | AMEA Molekulyar Biologiya və Biotexnologiyalar Institutu, Bakı ş. İzzət Nəbiyev küç. 11 |
Vəzifəsi | Elmi işçi |
Xidməti tel. | (+994 12) 538 11 64 |
Mobil tel. | (+994 50) 415 83 78 |
Ev tel. | - |
Faks | (+994 12) 510 24 33 |
Elektron poçtu | samrayusifova@yahoo.com |