Ana səhifəNərgiz Kamal qızı Bayramova sa sa

 

 

Bayramova Nərgiz Kamal qızı                                                                                                                                                                     

 

Anadan olduğu yer

Bakı şəhəri

Təvəllüdü

04.08.1990

Bitirdiyi ali təhsil müəssisəsi

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Elmi dərəcəsi

Biologiya üzrə fəlsəfə doktoru

Elmi rütbəsi

-

Namizədlik dissertasiyasının ixtisas şifri, ixtisasın adı və mövzusu

2411.02

Bitki fiziologiyası

“GLRaV-3 patogenezi zamnı üzüm bitkisində fizioloji və anatomik dəyişikliklərin tədqiqi”

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

31

Xaricdə çıxmış elmi əsərlərinin sayı

5

Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

2

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı

-

Kadr hazırlığı:     

-

Əsas elmi nailiyyətləri

Azərbaycanda ilk dəfə olaraq vizual diaqtostika, AgriStriplərlə sürətli laborator test və DAS-ELISA metodu ilə kəmiyyət və keyfiyyət analizinin nəticələri əsasında yerli və introduksiya olunmuş mədəni üzüm (Vitis vinifera L.) sortlarının GLRaV-3 virusu ilə yoluxması aşkar olunmuş və onun yayılma dinamikası verilmişdir.

Müəyyən edilmişdir ki, GLRaV-3 virusu ilə yoluxmuş üzüm nümunələrində fotosintetik piqmentlərin miqdarında statistik əhəmiyyətli azalma baş verir, bu da xloroplastların fotosintetik aparatının elektron nəqliyyat zəncirində oksigenin fəal formalarının generasiyası, xlorofilin sintezinin inhibirləşməsi və yarpağın ultrastrukturun dəyişməsi ilə izah oluna bilər. Həmçinin xəstə bitkilərdə H2O2-in miqdarı 1,4 dəfə, lipidlərin peroksidləşməsinin göstəricisi olan malondialdehidin (MDA) miqdarı isə 3 dəfə artmışdır.

Virusla yoluxmuş bitkilərdə antioksidant müdafiə sisteminin əsas komponentlərindən olan katalaza (КАТ) fermentinin fəallığının ~1,7, askorbatperoksidazanın (АPО) ~1,3, qvayakolperoksidazanın (QPO) ~1,4, benzidinperoksidazanın (BPO) ~1,6, qlütationreduktazanın (QR) ~1,5 və superoksiddismutazanın (SOD) ~1,4 dəfə artması müşahidə olunmuşdur. Bu virus patogenezi zamanı antioksidant fermentlərin fəallıqlarının artmasını bitkinin viral agentə qarşı qeyri-spesifik cavab reaksiyası kimi qiymətləndirilə bilər.

GLRaV-3 patogenezi zamanı bitki yarpaqlarında bəzi kiçik molekullu antioksidantların (askorbin turşusu, tokoferollar), ikincili metabolitlərin (fenol birləşmələri, qlütation), həmçinin osmolitlərin (prolin, qlisin-betain) miqdarının əhəmiyyətli dərəcədə artması müəyyən edilmişdir. İnduksiya olunan bu dəyişikliklər virus infeksiyaları zamanı bitkinin stresə ilkin cavab reaksiyalarından hesab edilir.

Müəyyən edilmişdir ki, xəstə üzüm yarpaqlarında sağlam bitkilərlə müqayisədə həll olan zülalların miqdarı ~1,2÷1,7 dəfə,  saxarozanın miqdarı isə 1,1÷1,2 dəfə artır. Bu zəifləmiş fotosintez fonunda xəstə bitkilərdə tənəffüs prosesinin intensivləşməsi hesabına ehtiyatda olan nişastanın hidrolizə məruz qalması nəticəsində şəkərlərin miqdarının artması ilə izah oluna bilər.

Göstərilmişdir ki, GLRaV-3-lə yoluxmuş üzüm yarpaqlarında karbonun və enerjinin paylanmasında mühüm rol oynayan NAD-malatdehidrogenaza (NAD-MDH) fəallığı 1,2 artır. Eyni zamanda azot metabolizminin əsas fermentləri olan AsAT və AlAT-ın fəallıqlarının təxminən 1,5 dəfə azalması faktı virus infeksiyasının təsirindən bitki yarpaqlarının floema borularında amin turşularının nəqlinin inhibirləşməsi nəticəsində baş verməsi ehtimal edilir.

GLRaV-3 patogenezi zamanı üzüm yarpaqlarının  anatomik quruluşunda baş verən histopatoloji dəyişikliklər mikroskopiya metodu ilə öyrənilmişdir. İşıq və Skan Elektron Mikroskopu (SEM) ilə xəstə üzüm yarpaqlarında ağızcıqların ölçülərinin kiçilməsi, orta damarların və ksilema borularının diametrinin, orta damarlarda kapilyar topalarının ölçüsünün artması, yarpaq ayasının qalınlığının azalması, çəpər parenximdə hüceyrələrin ölçüsünün kiçilməsi, ksilema borularında kələkötürlüyün artması və liqninləşmə kimi anatomik fərqlər müəyyən edilmişdir.

Transmissiya Elektron Mikroskopundan (TEM) istifadə etməklə virus patogenezi zamanı üzüm yarpaqlarının ultrastrukturu öyrənilmiş, sitoplazmada kristallaşmalar, xloroplast və mitoxondrilərdə müxtəlif dərəcəli deformasiyalar və lizis kimi histopatoloji dəyişikliklər müəyyən edilmişdir. Beləliklə, GLRaV-3 virusu ilə yoluxmuş üzüm yarpaqlarında aşkarlanmış anatomik və ultrastruktur fərqlər hüceyrə metabolizmində baş verən dəyişikliklərlə uyğunluq təşkil edir.

Elmi əsərlərinin adları

I.M.Huseynova., D.R.Aliyeva., N.F.Sultanova., N.K.Bayramova., T.Allahverdiyeva., J.A.Aliyev. Effects of grapevine leafroll associated virus 3 on the photosynthesis and antioxidant compounds in field grown grapevine ( Vitisvinifera  L. ) plants. International Conference Photosynthesis Research for Sustainability in honor of Nathan Nelson and T. Nejat Veziroglu. June 19-25, Pushchino, Russia, 2016, p. 21.

N.K.Bayramova., N.F.Sultanova., D.R.Əliyeva., İ.M.Hüseynova. Virus infeksiyasının üzüm yarpaqlarında malondealdehidinin və fotosintetik piqmentlərinin miqdarına təsiri. Gənc alimlərin beynəlxalq Elmi Konfransı, 17-18 Oktyabr, Gəncə, 2016 ,səh. 244

İ.M. Hüseynova., N.K. Bayramova., N.F. Sultanova., D.R.Əliyeva., U.Ə.Qurbanova. GLRaV- 3 virusu ilə yoluxmuş üzüm yarpaqarında ( Vitis vinifera ) fizioloji göstəricilərin, malat və azot metabolizmində iştirak edən fermentlərin fəallığının tədqiqi. AMEA-nın xəbərləri (biologiya və tibb elməri) , № 2 ,71 cild , Bakı 2016, səh. 29-37

Курбанова У.А., Султанова Н.Ф., Байрамова Н.К. Исследование физиологических показателей и активности ферментов в листьях винограда(Vitis vinifera L.),зараженных вирусом GLRaV 3. XVIII Зимняя молодежная школа по биофизике и молекулярной биологии, 11-16 марта, Гатчина, 2017г, Ст 101-102

Bayramova N.K., Qurbanova M.F. GLRaV-3 virusu ilə yoluxmuş üzüm (Vitis vinifera L.) yarpaqlarında nisbi su tutumunun və antioksidant komponentlərin miqdarının təyini. Gənc Alimlərin və Tədqiqatçıların “Müasir Biologiyanın İnnovasiya Problemləri” mövzusunda 7ci Beynəlxalq Elmi Konfrans, 27-28 Aprel, Bakı, 2017, səh. 16-17

N.K.Bayramova., N.F.Sultanova., D.R.Əliyeva., U.Ə.Qurbanova., İ.M.Hüseynova. Virus patogenezi zamanı üzüm (Vitis Vinifera L.) yarpaqlarında nad-malatdehidrogenaza, aspartataminotransferaza və alaninaminotransferaza fermentlərinin tədqiqi. Müasir Təbiət Elmlərinin Aktual Problemləri. Beynəlxalq Elmi Konfrans. Gəncə, 4-5 May, 2017, 3cü hissə, səh. 89-91.

N.K. Bayramova., S.M. Mirzayeva, N.F. Sultanova, M.A. Khanishova, K.R. Tagiyeva, I.M. Huseynova. Some anatomical changes in grapevine and tomato leaf tissues infected with GLRaV-3 and CMV viruses. Transactions of the Institute of  Molecular Biology & Biotechnologies, ANAS, Baku, 2017, vol. 1, p. 50-55.

N.K. Bayramova., N.F. Sultanova., L.M. Aydınlı., I.M. Huseynova. Antioxidative responses in leaves of Vitis vinifera L. infected by grapevine leafroll-associated virus 3 (GLRaV-3).  Proceedings of the İnstitute of Botany Azerbaijan National Academy of Sciences, Baku, 2018, vol. 37, p. 8-13

N.K. Bayramova., N.F. Sultanova., L.M. Aydınlı. GLRaV-3  virusu ilə yoluxmuş üzüm (Vitis Vinifera L.) yarpaqlarında peroksidaza fermentinin fəallığının tətqiqi. II İnternational Scientific Conference of Young Researchers Baku Engineering University,  27-28 April, Baku, 2018, p. 220.

N.K. Bayramova., N.F. Sultanova. Physiological and biochemical changes in grapevine (Vitis Vinifera L.) leaves infected with grapevine leafroll-associated virus-3. Confererence of  Young Scientists and Students Innovations in Biology and Agriculture to Solve Global Challenges. Dedicated to the 90th Anniversary of Academician Jalal A. Aliyev, 31 October, Baku, 2018, p. 56.

N.F. Sultanova, S.T. Mirzayeva, N.K. Bayramova, I.M. Huseynova. Natural occurance of Tomato Viruses in Azerbaijan. Proceeding of the Azerbaijan National Academy of Sciences (Biological and Medical Sciences). Special Issue. Dedicated to the 90th Anniversary of Academician Jalal A. Aliyev. vol. 73, N 2, 2018, p. 10-18.

N.K. Bayramova, N.F. Sultanova, D.R. Aliyeva,  İ.M. Huseynova. Some biochemical changes induced by GLRaV-3 in grape plants. Transactions of the Institute of  Molecular Biology & Biotechnologies, ANAS, vol. 2, 2018, p. 61-65.

N.F. Sultanova, N.K. Bayramova, D.R. Aliyeva, M. Rasgou, İ.M. Huseynova. Induced changes in metabolic constituents of grapevine (Vitis Vinifera L.)leaves infected with grapevine leafroll-associated virus-3. Physiological and Molecular Plant Pathology, Volume 106, 2019, p. 57-63

Nargiz Bayramova, Nargiz Sultanova. Detection of grapevine leafroll associated virus-3 infecting grapevines in Azerbaijan. First National Students Scientific Conferences Dedicated To The  96th  Anniversary Of The National Leader Of Azerbaijan Heydar Aliyev. Baku Higher Oil School. 15-19 April, Baku, 2019, p. 76-77.

Bayramova N. K. GLRaV-3 virusu ilə yoluxmuş üzüm bitkisində askorbat peroksidaza fermentinin fəallığının tədqiqi. Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş “ Müasir Biologiyada İnnovativ Yanaşmalar” mövzusunda IX Beynəlxalq Emi Konfransının Materialları. 24-25 May, Bakı, 2019, səh. 11-12.

Nargiz Bayramova, Fakhriya Kazimova, Nargiz Sultanova. Superoxide dismutase activity in grape plants infected with GLRaV-3 virus. Proceedings 2nd  International Conference One Health Problems and Solutions. 24-25 May, Baku, Khazar University, 2019, p. 99.

Irada Huseynova, Nargiz Bayramova, Nargiz Sultanova, Durna Aliyeva. Influence of biotic stress caused by Grapevine Leafroll Associated Virus 3 on photosynthesis.  10th  International Conference Photosynthesis and Hydrogen Energy Research for Sustainability in honor of Kimiyuki Satoh, Tingyun Kuang, Cesare Marchetti and Anthony Larkum.  June 23-28, Saint Peterburg, Russia, 2019, p. 151.

N. K. Bayramova. GLRaV-3 virusu ilə yoluxmuş üzüm yarpaqlarında malondealdehinin, H2O2–nin miqdarının və peroksidaza fermentlərinin fəallıqlarının təyini. Azərbaycan Aqrar Elmi jurnalı, № 4 (258), Bakı 2019, səh 139-142.

N.K. Bayramova. Virus patogenezi zamanı üzüm bitkisində baş verən morfo-anatomik dəyişikliklərin tədqiqi. Azərbaycan Ekoloji Təmiz Kənd Təsərrüfatının inkişafı Elmi-Praktiki Konfrans, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə, 29 Oktyabr, 2019, səh 62-64.

N.K. Bayramova. Üzüm bitkisində glrav-3 virusu ilə induksiya olunan bəzi biokimyəvi dəyişiliklər. “Gənc Tədqiqatçı”  Elmi-praktiki jurnalı, V cild, №2, 2019, səh. 158-162

Bayramova N. K, Sultanova N.F. Üzümün yarpaq burulması xəstəliyi ilə yoluxmuş Vitis vinifera bitkisində bəzi patanatomik dəyişikliklərin tədqiqi. Gənc Alim və Mütəxəssislərin İkinci Beynəlxalq Elmi Konfransı. 3-6 Mart, 2020¸səh. 64-65.

N.K. Bayramova, N.F. Sultanova, I.M. Huseynova. Grapevıne leafroll dısease (GLD) as potential threat to Azerbaijan grape industry. “Koronavirus pandemiyasi: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” Beynəlxalq Onlayn Konfrans, 04 - 05 avqust, Bakı, 2020, səh. 79-80.

N.K. Bayramova, N.F. Sultanova, U.A. Qurbanova, I.M. Huseynova. Physiological parameters and the activity of enzymes involved in malate and nitrogen metabolism in GLRaV-3 infected grapevine (Vitis vinifera L.) leaves. Transactions of the İnstitute of  Molecular Biology and Biotechnologies, ANAS, vol. 4, 2020, p 3-7.

Bayramova N.K., Sultanova N.F. Qarabağ bölgəsində üzümçülük və şərabçılığın inkişafı üçün üzümün virus xəstəliklərinin monitorinqi və diaqnostik qiymətləndirilməsi. AMEA Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bugünü və gələcəyi. Onlayn konfrans, 20-21 may Bakı    , 2021. səh. 100.

Nargiz Bayramova, Nargiz Sultanova. Study Of The Level Of Secondary Metabolites Induced By GLRaV-3 Virus İn Grape Leaves. Karabakh II International Congress Of Applied Sciences. Azerbaijan National Academy Of Sciences. 8-10 November, Baku, 2021.p 10-11.

Nargiz Kamal Bayramova, Nargiz Fakhraddin Sultanova, Durna Rafail Aliyeva, Irada Mammad Huseynova. Lipid Peroxidation Level and Peroxidase Activity in (Vitis vinifera L.) Leaves Infected with Grapevine Leafroll-Associated Virus 3. Indian Journal of Science and Technology. vol 14(36), 2021, p. 2842-2849. DOI: 10.17485/IJST/v14i36.1612

Sultanova N.F., Bayramova N.K., Quliyeva A.A Main viruses Cucurbitaceae and disease management”. Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş, Tələbə və gənc tədqiqatçıların III beynəlxalq elmi konfransı. Bakı Ali Neft Məktəbi, 18-28 aprel, 2022 ., səh 338-339

Sultanova N. F., Bayramova N.K., Quliyeva A.A. Cucurbitaceae fəsiləsinə mənsub olan mədəni bitkilərdə geniş yayılmış potivirusların diaqnostikası. “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda elmi konfrans, Gəncə Dövlət Universiteti, II hissə, 06-07 may, 2022., səh. 182-185.

Bayramova N.K., Sultanova N.F., Mirzayeva S.T. Virus infeksiyasının üzüm yarpaqlarında katalaza fermentinin aktivliyinə təsiri. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyina həsr olunmuş "Müasir təbiət va iqtisad elmlarinin aktual problemlari" mövzusunda beynəlxalq elmi konfrans, Gəncə Dövlət Universiteti, III hissə, 05-06 may 2023, səh 156-157.

Nargiz Bayramova, Nargiz Sultanova, Irada Huseynova. Antioxidant potential of the ascorbate-glutathione-tocopherol triad in enhancing virus tolerance in grapevine (Vitis Vinifera L.). Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda beynəlxalq konfrans. 19-20 iyun 2023., səh 124.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

-

Pedaqoji fəaliyyəti

 

Digər fəaliyyəti

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Biologiya və Tibb Elmləri bölməsinin elmi katibi-

Təltif və mükafatları

Elmi fəaliyyətdə fərqləndiyinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı (2017)

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Tələbələrin I Respublika Elmi Konfransı. Bakı Ali Neft Məktəbi. II yer (2019)

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasının 5 illiyinə həsr olunmuş gənc alim və mütəxəssislərin elmi-tədqiqat işlərinin müsabiqəsi. III yer (2021)

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Gənclər günü münasibətilə “İlin gənc tədqiqatçısı” (2023)

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu Gənc Alim və Mütəxəssislərin Müsabiqəsi. III yer (2023)

“Heydər Əliyev ili” çərçivəsində Ulu Öndər Heydər Əliyevin dövlətçililk idealları və milli dəyərlərimizin təbliği istiqamətində göstərdiyi aktiv fəaliyyətinə görə Fəxri Diplom (2023)

İş yeri və ünvanı

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar Institutu, Bakı ş. İzzət Nəbiyev küç. 11

Vəzifəsi

Elmi işçi

Xidməti tel.

(+994 12) 538 11 64

Mobil tel.

(+994 51) 333 80 90

Ev tel.

(+012) 502 33 41

Faks

(+994 12) 510 24 33

Elektron poçtu

bayramovanargis@hotmail.com