Ana səhifəAqil Adəm oğlu Əhmədli sa sa

Aqil Adəm oğlu Əhmədli

 

Anadan olduğu yer

Azərbaycan Respublikası, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi

Təvəllüdü

01.05.1999

Bitirdiyi ali təhsil müəssisəsi

BDU (magistratura, 2020-2022) – Ekologiya və torpaqşünaslıq fakültəsi, Ekologiya ixtisası (bioekologiya ixtisaslaşması)

 

ADPU (bakalavriat, 2016-2020) – Kimya və biologiya fakültəsi, Biologiya müəllimliyi ixtisası

Elmi dərəcəsi

Biologiya üzrə fəlsəfə doktoru

Elmi rütbəsi

 

Fəlsəfə doktoru dissertasiyasının ixtisas şifri, ixtisasın adı və mövzusu

2414.01 – Mikrobiologiya

Neftlə çirklənmiş torpaqlarda yayılan mikromisetlərdə lipolitik fermentlərin sintezinin fizioloji tənzimlənməsi

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

15

Xaricdə çıxmış elmi əsərlərinin sayı

9

Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

5

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı

 

Kadr hazırlığı:

fəlsəfə doktorlarının sayı

 

Əsas elmi nailiyyətləri

1.  Azərbaycan Respublikasının neftlə çirklənmiş torpaqlarından ayrılmış 2 yarımaləmə (Dikarya və Mucormyceta) 3 şöbəyə (Ascomycota, Mortierellomycota və Mucormycota), 13 fəsiləyə, 16 cinsə və  38 növə aid  göbələk ayrılmış və onlara aid 129  ştamdan ibarət kolleksiya yaradılmışdır ki, onların 2 növünün (Orbilia oligosporaPirella circinans) Azərbaycanda, 21 növünün isə neftlə çirklənmiş torpaqlarda yayılmasının aşkar edilməsi ilk dəfədir. 

 2.  Neftlə çirklənmiş torpaqların və oradan ayrılan göbələklərin  fitotoksiki aktivliyinin tədqiqi zamanı aydın olmuşdur ki, torpaqların fitotoksiki aktivliyinin formalaşmasında həm neft və neft məhsulları, həm də orada məskunlaşan göbələklər iştirak edir ki, göbələklər də bir-birlərindən fitotoksiki aktivlik göstəricisinə görə fərqlənirlər. Belə ki, onların bəziləri zəif (3-9%), bəziləri orta (11-29%), bəziləri də güclü (40-56%) aktivlik göstərdiyi halda, Trichoderma cinsinə aid göbələklərdə stimulyasiya (2,3-5,6%) aktivliyi qeydə alınmışdır.   

 3.  Müəyyən edilmişdir ki, neftlə çirklənmiş torpaqlardan ayrılan göbələk ştamlarının heç də hamısı lipolitik aktivliyə malik deyil,  lakin Aspergillus niger AA-17, Rhizopus stolonifer AA-81  və Penicillium glabrum AA-94 kimi göbələklər lipolitik fermentləri aktiv şəkildə sintez etmə qabiliyyətlərinə görə digərlər produsentlərdən fərqlənirlər. 

 4.  Aspergillus niger AA-17 ştamının nümunəsində lipolitik fermentlərin sintezinin optimallaşdırılması nəticəsində mövcud Çapek mühitinin tərkibi həm kəmiyyətcə, həm keyfiyyətcə modifikasiya edilərək yeni mühit yaradılmışdır ki, burada göbələyin lipazanı induktiv sintez etməsi müəyyən edilmiş və  ilkin götürülən mühitə göstərdiyi aktivliyin isə 51%-ə kimi yüksəldilməsinə nail  olunmuşdur. 

 5.  Seçilmiş Aspergillus niger AA-17 ştamı və ondan alınmış ferment biopreparatının neftlə çirklənmiş torpaqların təmizlənməsində istifadə imkanları hazırlanan laboratoriya modelində yoxlanılmışdır. Bu zaman 8qr/kq qatılıqda götürülmüş torpaqda sözügedən ştam 90 günlük inkişafdan sonra oradakı neftin ilkin miqdarına nəzərən 63%-ni, alınmış ferment biopreparatı isə 78%-ni deqradasiya edə bilmişdir və həm ştamın, həm də biopreparatın bu sahədə istifadəsinin perspektivli olması müəyyən edilmişdir.  

 6.  Aspergillus niger AA-17 ştamının eyni zamanda texniki məqsədli çirkli suların yağ mənşəli çirkləndiricilərinin təmizlənməsində uyğun şəraitdə (okigen rejimi, temperatur, pH və s.) 3 ay müddətində 1 m3 suyu təmizləməsi müəyyən olunmuşdur ki, bu da eksperimental şəkildə təsdiqini tapıbdır. 

Elmi əsərlərinin adları

1.       Bakshaliyeva K.F., Ahmedli A.A., Seyidova G.M. Evaluation of micromycetes isolated from oil-contaminated soils for lipolytic activity// Advanced Studies In Biology, -2023, v. 15, № 1, -p. 129-135. https://doi.org/10.12988/asb.2023.91697

2.       Ahmadli A.A. Biodegradation of petroleum hydrocarbons by fungi strains of Aspergillus sp.-17, Rhizopus sp.-81, Penicillium sp.-94 isolated from oil-contaminated soils of Azerbaijan// In BIO Web of Conferences, -2024, v. 100, -p. 02007. EDP Sciences. https://doi.org/10.1051/bioconf/202410002007

3.       Ahmadli A.A., Mammadova A.E., Muradov P.Z.. Analysis of micromycetes found in oil-contaminated soils of Azerbaijan: species composition and biological activity// I Международная Научно-Практическая Конференция Инновационные Биотехнологии для охраны окружающей среды: от теории к практике, -Минск -2024, -c. 114-115

4.       Ahmadli A.A., Seyidova G.M. Study of using lipolytic enzymes by Aspergillus niger.- AA-17 of the fungi strain in wastewater treatment// Materials of international scientific-practical conference “Current problems of microbiology, biotechnology and biodiversity” dedicated to the 20th anniversary of RCM. -Astana, -2024, -p. 206-209

5.        Ahmadli A.A., Muradov P.Z. Lipolytic enzymes: Producers, industrial application, prospects of production in the Republic of Azerbaijan// Int. J. Biosci. -2024, v. 25, № 5, -p. 284-293. http://dx.doi.org/10.12692/ijb/25.5.284-293

6.        Ahmadli A.A., Muradov P.Z. Methods used in remediation of oil contaminated soils. Advanced Studies in Biology, -2024, v. 16 № 1, -p. 175-186. https://doi.org/10.12988/asb.2024.91935

7.        Ахмедли А.А., Сейидова Г.М. Изучение грибного биоразнообразия нефтезагрязненных почв Азербайджана и оценка их цитотоксической активности// Естественные и технические науки, -2024, т.  2, № 12, -c. 5-9. https://doi.org/10.37882/2223-2966.2024.12-2.02

8.        Ahmadli A.A. General characteristics of oil-contaminated soils of the Absheron Peninsula and the impact of pollution on biota. Journal of Life Sciences & Biomedicine, -2025, v.7(80), № 1, -p. 71-77.  http://doi.science.gov.az/pages/journals/jlsb/pdf/jlsb2 025_1_71.pdf    

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

 

Pedaqoji fəaliyyəti

BDU – Ekologiya və torpaqşünaslıq fakültəsi (2020-ci ildən hal-hazıradək)

Digər fəaliyyəti

Layihə rəhbəri – Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı fondu tərəfindən elan edilən “Gənc Alim və Tədqiqatçıların 9-cu qrant müsabiqəsi”nin qalibi (AEF-GAT-9-2025-2(55)-04/02/3-M-02). Azərbaycan Elm Fondu, Bakı)

 

Layihə rəhbəri – Azərbaycan Respublikasının  Prezidenti yanında Elmin İnkişafı fondu tərəfindən elan edilən “Gənc Alim və Tədqiqatçıların 7-ci qrant müsabiqəsi”nin qalibi (AEF-GAT-7-2023-2(44)-10 04 3-M-04. Azərbaycan Elm Fondu, Bakı)

Təltif və mükafatları

 

İş yeri və ünvanı

AR ETN Molekulyar Biologiyar İnstitutu PHŞ, İzzət Nəbiyev küçəsi 11, Bakı AZ1073, Azərbaycan

Vəzifəsi

Elmi işçi

Xidməti tel.

 

Mobil tel.

 

Ev tel.

 

Faks

 

Elektron poçtu

aqil.ahmedli99@gmail.com