Struktur bölmənin adı: | Bioinformatika laboratoriyası |
Tel.: | (+994 12) 5102223 |
Faks: | (+994 12) 5102223 |
Elektron poçtu: | |
Struktur bölmənin rəhbəri: | AMEA-nın müxbir üzvü İlham Əyyub oğlu Şahmuradov |
Əməkdaşları: | böyük elmi işçi Əminə Ülkər qızı Abduləzimova elmi işçi Hökümə Fikrət qızı Quliyeva mühəndis-proqramçı Nigar Rizvan qızı Hacıyeva kiçik elmi işçi Afət Kamal qızı Dadaşova kiçik elmi işçi Fidan Bəybala qızı Yusifova |
Əsas fəaliyyət istiqamətləri: | · Bioinformatik analiz vasitələrinin yaradılması · Eukariot və prokariot genomlarının təşkili, ekspressiyası və təkamülü · İnsan xəstəliklərinin molekulyar genetik əsasları |
Əsas elmi nəticələri: | · İnsan, heyvan və bitki genomlarında transkripsiyanın start saytlarının və tənzimləyici elementlərinin, ilkin mRNT-nin poliadenilləşmə saytlarının axtarışı üzrə yüksək dəqiqliyə malik bir sıra kompüter analizi vasitələri - PromH, PromHP, TSSP-TCM, nsite, nsiteM, nsiteH və POLYAR proqramları, bitkilərin RNT polimeraza II promotorları üzrə PlantProm məlumat bazası yaradılmışdır.
· Müəyyən edilmişdir ki, Arabidopsis və düyünün (Oryza sativa) nüvə genomlarında “Quyruq-Baş” (Tail-to-Head) yerləşmiş qonşu gen cütlərinin “dayanmadan” (non-stop) birgə transkripsiyası və yaranan transkriptlərin sonrakı alternativ splaysinqi və translyasiyası nəticəsində ximer polipeptidlər törənə bilər.
· Bir sıra ali bitkilərin (Arabidopsis, düyü, şərab üzüm, qara qovaq, qarğıdalı, soya) nüvə genomunda plastid və mitoxondri mənşəli DNT ardıcıllıqlarının yayılma spektri və miqyası aydınlaşdırılmış, bəzi plastid və mitoxondri genlərinin intakt nüvə nüsxələrinin ekspressiya olunmasına dəlalət edən faktlar aşkar edilmişdir. |