Ana səhifəBioadaptasiya laboratoriyası sa sa

Struktur bölmənin adı:

Bioadaptasiya laboratoriyası

Tel.:

(+994 12) 5381164

Faks:

(+994 12) 5102433

Elektron poçtu:

i.huseynova@imbb.science.az

bioadaptationlab@imbb.science.az

Struktur bölmənin rəhbəri:

Akademik İradə Məmməd qızı Hüseynova

Əməkdaşları:

b.ü.f.d.,dos. aparıcı elmi işçi Samirə Məhəmmədrəhim qızı Rüstəmova

b.e.d., dos. baş elmi işçi Tofiq İdris oğlu Allahverdiyev

b.ü.f.d.,dos. aparıcı elmi işçi Nərgiz Fəxrəddin qızı Sultanova

b.ü.f.d., elmi işçi Nərgiz Kamal qızı Bayramova

elmi işçi Turanə Yaşar qızı İsgəndərova

elmi işçi Səidə Tofiq qızı Zülfüqarova

kiçik elmi işçi Şəhriyar Fateh oğlu Sadıqov

kiçik elmi işçi Əsmər Elçin qızı Hüseynova

kiçik elmi işçi Gülnar Rizvan qızı Abdullayeva 

kiçik elmi işçi Aysel Müşfiq qızı Mədədli

kiçik elmi işçi Naimə Namaz qızı Niyazova

kiçik elmi işçi Xəyalə Səyavuş qızı Əliyeva 

Əsas fəaliyyət istiqamətləri:

Bitkilərin quraqlıq, yüksək temperatur və istilik streslərinə, virus, fitoplazma və göbələk xəstəliklərinə davamlığının molekulyar-genetik mexanizmlərinin tədqiqi, stresə tolerantlığın genetik yaxşılaşdırılma imkanlarının araşdırılması.

Əsas elmi nəticələri:

  • Ali bitkilərin fotosintetik membranlarının piqment-zülal komplekslərinin sintezi, yığılması və formalaşması proseslərinin molekulyar-genetik mexanizmləri tədqiq olunmuş, onların ekstremal şəraitə uyğunlaşmasında fotosintetik dəyişikliklərin mümkün rolu müəyyənləşdirilmişdir;
  • Yüksək temperatur və su qıtlığı şəraitində kontrast buğda genotiplərində askorbat-qlütation tsikli komponentlərinin gün ərzində temperaturdan asılılıq dinamikasının tədqiqi nəticəsində müəyyən olunmuşdur ki,  bitkilər antioksidant fermentlərin aktivliyini, askorbat və qlütationun miqdarını tənzimləməklə stresə müqavimət göstərirlər. Rehidratasiya prosesində quraqlığa davamlı buğda genotiplərində tilakoid membranların proteomunun tamamilə bərpa olunması onların daha dinamik özünübərpa qabiliyyətini əks etdirir;
  • Buğda genotiplərinin STS, SCAR və SSR molekulyar markerlərlə analizi nəticəsində qonur pas və sarı yarpaq pası xəstəliklərinə, KASP genotipləmə texnologiyası ilə gövdə pasına qarşı effektiv davamlı gen mənbələri aşkar edilmişdir;
  • Azərbaycanın müxtəlif regionlarında buğda bitkisində gövdə pası törədicisinin ras tərkibinin molekulyar xarakteristikası aparılmışdır. 17 multilokus genotip əsasında 54 nümunədə genetik müxtəliflik müşahidə edilmişdir. 12 nümunənin TKTTF ras qrupuna, 42 nümunənin hələlik identifikasiya edilməmiş yeni ras qrupuna aid olduğu müəyyənləşdirilmişdir;
  • Yabanı və mədəni paxlalı bitkilərdə nanovirus xəstəliklərinin bir neçə Avropa ölkəsində birgə tədqiqi zamanı Gəncədən toplanmış noxud bitkisində elm üçün yeni nanovirus - Black medic leaf roll virus (BMLRV) identifikasiya edilmiş və onun tam genomu sekvens olunmuşdur. Azərbaycan və İspaniyadan götürülmüş lobya nümunələrində Faba bean necrotic yellow virusun (FBNYV) beş izolyatı və Azərbaycandan olan noxud, yaşıl noxud, mərcimək və lobya nümunələrində faba bean necrotic stunt virusun (FBNSV) dörd izolyatının tam sekvens olunması nəticəsində FBNSV nanovirusunun Avropada ilk dəfə identifikasiya olunması sübut edilmişdir;
  • İlk dəfə olaraq Azərbaycanda "Xromosom üzərində addımlarla" metodu vasitəsilə malat/sitrat simporter zülalını kodlaşdıran citS geninin nukleotid ardıcıllığı müəyyənləşdirilmiş və Stolbur qrupunun (XII) təyini üçün yeni Nested PZR test metodu hazırlanmışdır.  İlk dəfə olaraq dünyada fitoplazmalar üçün növlərarası rekombinasiya Azərbaycanda armud ağacında aşkarlanmış ‘Ca. P. pyri’ və ‘Ca. P. prunorum’ fitoplazma növləri arasında   müəyyən edilmişdir;
  • Azərbaycanda ilk dəfə olaraq ’Candidatus Phytoplasma solani’ növünün üzüm bitkisində təhlükəli Bois Noir xəstəliyi törədən izolyatları aşkar olunmuş və onların genetik müxtəlifliyinin multilokus sekvens analizi nəticəsində Stamp geninə görə elm üçün 4, secY geninə görə 3 yeni genotip aşkar edilmişdir.  Azərbaycanda “mtCOI mitoxondri” markeri vasitəsilə barkodlaşdırma əsasında “Candidatus Phytoplazma solani” fitopatogeninin “Hyalestes obsoletus” və “Reptalus noahi” həşərat vektorları ilə yayılması identifikasiya olunmuşdur.  Bu “Reptalus noahi” həşərat növünün “Candidatus Phytoplazma solani” fitoplazmasını yayması haqqında dünyada ilk məlumatdır;
  • Bibər bitkisinin AZ2012-PV2 nümunəsinin qeyri-ribosomal stamp geninin sekvens analizi əsasında tək nukleotid polimorfizmi (SNP-single nucleotide polymorphism) ilə bir-birindən fərqlənən iki stolbur fitoplazma izolyatından ibarət qarışıq infeksiya aşkar edilmişdir;
  • İlk dəfə olaraq tomat bitkisində Tomato yellow leaf curl virus (TYLCV) identifikasiya edilmiş və virus izolyatı KY412552 qeydiyyat nömrəsi altında GenBank-a yerləşdirilmişdir;
  • Virus genomunun RdRp və Nib-zülallarının C-sonluğuna və kapsid örtük CP-zülalın N-sonluğuna spesifik praymer cütləri ilə sintez olunmuş amplifikasiya məhsullarının sekvens analizləri nəticəsində ilk dəfə olaraq yemiş (Cucumis melo) bitkisində Potivirus ailəsinə aid Watermelon mosaic virus (WMV) identifikasiya edilmişdir (Genbank-da qeydiyyat nömrələri MG964114-MG964228). Eyni zamanda, WMV izolyatlarında G2/G1 qruplar arası rekombinasiyanın olması müəyyən edilmişdir;
  • Yumşaq buğdanın genom donorları hesab olunan Triticum urartu(Au), Aegilops speltoides (B) və Aegilops tauschii (D) yerli yabanı diploid buğdalardan, Bərəkətli-95 bərk buğda (Triticum durum)  və Əzəmətli-95 yumşaq buğda (Triticum aestivum L.) genotiplərindən  Dreb tranksripsiya faktoru geni ayrılaraq sekvens olunmuş və in silico tədqiq edilmişdir. Dreb geninin AP2/ERF domeninin aminturşu ardıcıllığının analizi nəticəsində tək nukleotid polimorfizm sahələri (SNPs) və mikroindellər, konservativ funksional aminturşu qalıqları (14-cü valin və 19-cu qlütamin, 2 triptofan həlqəsi), nüvə lokalizasiya siqnalı (NLS), Ser/Tre ilə zəngin sahələr təyin edilmiş, domenin ikinci quruluşunda bir α-spiral və üç β-bükük sahələr müəyyən edilmişdir. Qeyd olunan genotiplərdə Dreb geninin nukleotid və aminturşu ardıcıllıqları haqqında məlumatlar təsdiqlənərək MZ935737, MZ935738, MZ935739, MZ935740 qəbul nömrələri ilə NCBI Verilənlər Bazasında qeydiyyata alınmışdır;
  • TYLCV (tomato yellow leaf curl virus) və ToCV (tomato chlorosis virus) virusları ilə inokulyasiya edilmiş və quraqlıq stresinin təsirinə məruz qalmış tomat genotiplərində kombinə edilmiş stresin təsirindən Ces-A2, Csl-D3,2, Csl-D3,1 genlərinin ekspressiyasının əhəmiyyətli dərəcədə artdığı, Csl-H1 geninin ekspressiyasının isə zəiflədiyi müəyyən edilmişdir;
  • Azərbaycanın müxtəlif bölgələrindən RNT genomlu Plum pox virusu (PPV) ilə yoluxmuş 371 bitki nümunəsi toplanmış və onların 7-də virus aşkar edilməmişdir. Onlardan 6 nümunə badam bitkisinə qohum olan fenzliana (AZ_203_5;  AZ_205_4; AZ_210_1; AZ_210_2; AZ_215_1; AZ_219_1) və bir nümunə isə şəftəli – P.persica (AZ_092) növünə aiddir. Bitkilərdən ayrılmış genom DNT-nin eIF4E və eIFiso4E genlərinin mümkün allel variantları tədqiq edilmiş və PPV davamlılıqla potensial əlaqəli allellər identifikasiya olunmuşdur;
  • GWAS (genome-wide association studies) analiz - bütöv genom üzrə qiymətli əlamətlərlə ilişikli assosiasiyaların təyini üçün 188 buğda genotipi 135k SNP-Array-Chip tətbiq etməklə genotipləşdirilmişdir. Rəqəmsal fenotipləmə texnologiyasından istifadə etməklə bitkilərin fizoloji vəziyyəti qeyri-invaziv olaraq (25 parametrin hesablanması əsasında) qiymətləndirilmiş, Manhettan plotları qurularaq qiymətli QTL-lər aşkar edilmişdir;
  • RNAseq metodundan istifadə etməklə stresə davamlı və həssas buğda genotiplərində quraqlıq və istilik stresləri ilə induksiya olunan transkriptom analizlər həyata keçirilmişdir.