sa sa 1040
Proteomiks beynəlxalq laboratoriyasının elmi işçisi Aynurə Paşayevanın fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin elmi seminarda müzakirəsi keçirilib + Foto Dek 09, 2021 | 14:49 / Seminarlar
Dekabrın 8-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Proteomiks beynəlxalq laboratoriyasının elmi işçisi Aynurə Paşayevanın 2415.01– “Molekulyar biologiya” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Dənli bitkilərdə işıqla induksiya olunan proteom və metabolom dəyişiklikləri” mövzusunda dissertasiya işinin elmi seminarda müzakirəsi keçirilib. İddiaçı dissertasiya işinin əsas müddəalarını şərh edib, işin aktuallığı, məqsədi, aparılan işlərin məzmunu və aldığı nəticələr barədə ətraflı məlumat verib.
Rəyçilər – AMEA Mərkəzi Nəbatət Bağı, Bitki ekologiyası laboratoriyasının baş elmi işçisi, AMEA-nın müxbir üzvü, b.e.d., professor M. R.Qurbanov və ATU Histologiya, embriologiya və sitologiya kafedrasının müdiri, t.e.d., prof. E. K.Qasimov dissertasiya işinin yüksək səviyyədə yerinə yetirildiyini və beynəlxalq tələblərə cavab verdiyini qeyd ediblər. Sonra dissertasiya ətrafında müzakirələr aparılıb.
Sonda Elmi seminarın üzvləri tərəfindən açıq səsvermə yolu ilə “Dənli bitkilərdə işıqla induksiya olunan proteom və metabolom dəyişiklikləri” mövzusunda dissertasiya işi yekdilliklə müsbət qiymətləndirilib və ED 1.25 Dissertasiya şurasında müdafiəyə təqdim edilməsi tövsiyə olunub.