sa sa 851
İnstitutun elmi işçiləri Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında elmi ezamiyyətdə olublar + Foto May 27, 2022 | 18:00 / Ezamiyyətlər

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Samirə Rüstəmova, elmi işçi Turanə İsgəndərova və Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Ulduzə Qurbanova Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında (BTS) elmi ezamiyyətdə olublar. Ezamiyyənin əsas məqsədi GWAS analizlərin aparılması üçün sahə şəraitində əkilmiş buğda genotiplərində qeyri-invaziv rəqəmsal fenotipləmə üzrə  tədqiqatların aparılması  olmuşdur. Ezamiyyə zamanı təcrübə taxıl sahələrində müxtəlif nəzarət pitomniklərində monitoriqlər aparılmışdır. Bitkilərin fenotipik vəziyyəti Polypen400 cihazının köməyilə ilə qiymətləndirilmişdir. Ümumilikdə 67 yerli, 41 Rusiya mənşəli, 9 Türkiyə mənşəli, 18 Avropa mənşəli genotipdə ölçmələr aparılmışdır. Bu rəqəmsal fenotipləmə cihazı bitkinin fizoloji vəziyyətini qeyri-invaziv olaraq son dərəcə həssaslıqla  qiymətləndirməyə imkan verir. Hər genotip üzrə üç bitkidə ölçmə aparılmışdır. Alınan nəticələr sonda statistik və bioinformatik proqramlarla analiz ediləcəkdir.