sa sa 1105
İnstitutun elmi işçisi Nahidə Əliyevanın fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilib  + Foto İyn 07, 2022 | 14:59 / Mühüm hadisələr

7 iyun 2022-ci il tarixində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Hüceyrənin membran sistemləri laboratoriyasının elmi işçisi Nahidə Əliyevanın 2406.02– “Biokimya” ixtisasında biologiya ürzə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Biologiya elmləri doktoru, professor Səftər Süleymanovun rəhbərliyi altında aparılan elmi işin mövzusu “C4 metabolizmə aid bitkilərdə tilakoid membranın struktur-funksional komponentlərinin molekulyar təşkili”dir. İddiaçı dissertasiya işinin əsas müddəalarını şərh edərək aldığı nəticələr barədə ətraflı məlumat verib. O qeyd edib ki, ilk dəfə olaraq, C4 bitkisi olan qarğıdalının mezofil və örtüktopa hüceyrələrinin xloroplastları normal şəraitdə və duz stresinin təsiri altında kompleks şəkildə tədqiq edilib. Duz stresi zamanı bitkilərin morfofizioloji əlamətlərində, biokimyəvi xüsusiyyətlərində və ultrastrukturunda baş verən dəyişikliklərin öyrənilməsi stresə adaptasiya mexanizmlərinin aydınlaşdırılması üçün əhəmiyyətlidir və duzadavamlı qarğıdalı sortlarının yaradılmasında istifadə oluna bilər.  

Təqdimatdan sonra rəyçilərin çıxışları dinlənilib və dissertasiya ətrafında geniş müzakirələr aparılıb. N. Əliyeva verilən sualları cavablandırıb, irad və təkliflərə öz münasibətini bildirib. İclasın sonunda dissertasiya işinin müdafiənin növbəti mərhələsinə buraxılması barədə qərar qəbul olunub.