sa sa 832
MBBİ əməkdaşlarının məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub Avg 03, 2022 | 13:22 / Nəşrlər

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynovab.ü.f.d. Samirə Rüstəmova və Gülnar Abdullayevanın həmmüəllif olduqları “Isolation and characterization of DREB gene in ancestral diploid wheat species from wheat domestication center”  adlı məqalə “Genetics and Molecular Research” jurnalında (IF=1,77) çap olunub. Azərbaycanın yumşaq buğdanın ilkin yaranma mərkəzi olması ilə bağlı olaraq məqalə müasir buğdaların genom donorları olan yerli yabanı diploid buğdalarda stresə davamlılıqda əsas rol oynayan DREB tranksripsiya faktorunun geninin  tədqiqinə həsr olunub. Gen yabanı buğdalardan izolyasiya olunaraq sekvens olunmuş və in silico analizlər aparılmışdır.  Sekvens analizin nəticələri NCBI beynəlxalq məlumat bazasına daxil edilmiş və MZ935739 və MZ935740 qeydiyyat nömrələri altında yerləşdirilmişdir.

Tədqiqat Azərbaycan Milli Elmlər Akademiyası Rəyasıt Heyətinin  və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (Qrant №EIF‐ETL-2020-2(36)-16/15/3-M-15) maliyyə dəstəyi ilə həyata keçirilmişdir.