sa sa 757
«Активность антиоксидантных ферментов и термостабильность мембран у генотипов твердой пшеницы при тепловом стрессе» adlı məqalə «Аграрная наука» jurnalında çap olunub. Avg 08, 2022 | 11:15 / Nəşrlər

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova, b.ü.f.d. Samirə Rüstəmova və Səidə Zülfüqarovanın həmmüəllif olduqları «Активность антиоксидантных ферментов и термостабильность мембран у генотипов твердой пшеницы при тепловом стрессе» adlı məqalə «Аграрная наука» jurnalında çap olunub. Bu jurnal “РИНЦ» və  “Google Scholar” məlumat bazalarında indekslənir və ikiqat gizli resenziyadan keçən təsərrüfat əhəmiyyətli elmi tədqiqatları  açıq şəkildə oxuculara çatdırır. Məqalədə qısamüddətli istilik stresinə məruz qalmış buğda bitkisində qvayakolperoksidaza fermentinin fəallığı əhəmiyyətli dərəcədə yüksəldiyindən, yüksək temperaturun təsiri ilə yaranan oksigenin fəal formalarının eliminasiyasında bu fermentin əsas rol oynadığı göstərilmişdir. İstilik stresinin təsiri ilə digər antioksidant fermentləri olan katalazanın aktivliyi qismən, askorbat və benzidinperoksidazanın aktivlikləri isə əhəmiyyətli dərəcədə azalmışdır. Membranların zədələnmə göstəricisi temperaturun artması ilə düzmütənasib artmış və həssas genotip olan Qaraqılçıq-2-də daha yüksək olmuşdur. Hipertermiya zamanı yarpaq toxumalarından elektrolit çıxımına əsasən buğda bitkisində hüceyrə membranlarının sortspesifik termostabilliyi haqqında fikir irəli sürülmüşdür.

Tədqiqat Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (Qrant №EIF‐ETL-2020-2(36)-16/15/3-M-15) maliyyə dəstəyi ilə həyata keçirilmişdir.