AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bitki biotexnologiyası laboratoriyasının kiçik elmi işçisi Günay İsmayılova Türkiyənin İstanbul şəhərində yerləşən Yıldız Tekniki Universitetində elmi ezamiyyətdə olub. Ezamiyyət dövründə Günay xanım “İn vitro izolə edilmiş buğda bitkisində epigenetik dəyişikliklərin tədqiqi” mövzusunda fəlsəfə doktoru dissertasiya mövzusu üzrə tədiqatlar aparıb. O, in vitro şəraitdə yetişdirilən müxtəlif buğda genotiplərinə abiotik streslərin təsirini öyrənməklə yanaşı, Əkinçilik Elmi Tədqiqat İnstitutundan əldə edilən müxtəlif buğda toxumları, onların kallusları və regenerant bitkilərindəbaş verən epigenetik dəyişiklikləri, o cümlədən transpozon hərəkətləri tədqiq edib. Azərbaycanda ilk dəfə epigenetik tədqiqatlar zamanı buğda bitkisinin in vitro şəraitdə əldə edilən kallus və regenerantlarında, eləcə də kontol toxumdan əldə edilən yarpaq nümunələrində, həmçinin abiotik stress tətbiq olunmuş buğda nümunələrində soya, arpa və çəltik bitkisinə xas olan retrotranspozonlar aşkar edilib.