sa sa 679
Azərbaycan alimlərinin elmi məqaləsi Türkiyənin nüfuzlu jurnalında dərc olunub + Foto Okt 07, 2022 | 12:00 / Nəşrlər

Azərbaycan alimlərinin “Fındığın yaşıl yarpaqlı örtüklərinin kimyəvi tərkibi və bioloji aktiv maddələri” adlı məqaləsi Türkiyənin “Jotcs Journal of the Turkish Chemical Society Chemistry” (2022, 9(4):999-1006) beynəlxalq elmi jurnalında dərc olunub.

Məqalənin müəllifləri AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov, Ekoloji biofizika şöbəsinin elmi işçisi Vəfa Atayeva, Bitkilərin biokimyası şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Zərbalı Xəlilov, həmmüəllifləri isə Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Nurməmməd Mustafayev və Botanika İnstitutunun elmi işçisi Hilal İmanlıdır.

Məqalədə ilk dəfə olaraq Azərbaycanda yetişən “Adi fındıq” (Cerylus avellana L) bitkisinin qərzəyinin tərkibində mineral elementlər və əsas antimikrob, antikanserogen, antiosidant və antifinqal təsirlərə malik 15 bioloji aktiv maddələr identifikasiya edilib, alınmış bioekstraktın tibbdə müalicə vasitəsi kimi, yeyinti sənayesində dadverici, qida əlavəsi və aromatizator kimi, həmçinin ipək, yun sapların və parçaların boyanmasında istifadə imkanları təsdiqlənib.

science.gov.az