sa sa 4545
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmlər doktoru hazırlığı üzrə doktorantı Atabəy Cahangirovun “Bitki fiziologiyası” ixtisası üzrə təqdim etdiyi dissertasiya işi elmi seminarda müzakirə olunub + Foto Okt 24, 2022 | 09:57 / Seminarlar

Oktyabrın 21-də AR ETN-nin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.25 dissertasiya şurasının elmi seminarında Atabəy Cahangirovun 2411.02-“Bitki fiziologiyası” ixtisasında biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Dağlıq Şirvanın dəmyə şəraitində payızlıq yumşaq buğdanın (Triticum aestivum L.) seleksiyasının morfofizioloji əsasları” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilib. İşin elmi rəhbəri AMEA-nın vitse prezidenti, akademik İradə Hüseynovadır. İddiaçı dissertasiya işinin əsas müddəalarını şərh etdikdən sonra mövzu ətrafında geniş müzakirələr aparılıb. Şura üzvləri iddiaçıya öz təkliflərini bildirərək işin mövzusunun müasirliyini, aktuallığını, elmi və praktiki əhəmiyyətini qeyd ediblər. Səsvermənin nəticəsinə əsasən elmi seminar Atabəy Cahangirovun dissertasiya işinin əsas müdafiəyə buraxılması haqqında qərar qəbul edib.