sa sa 4546
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilib + Foto Okt 24, 2022 | 16:28 / Seminarlar

Seminarda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının böyük elmi işçisi, “Molekulyar biologiya” ixtisasında elmlər doktoru hazırlığı üzrə dissertant, b.ü.f.d. Səmra Mirzəyeva “Tomat bitkisinin biotik və abiotic streslərə davamlılığının molekulyar-genetik mexanizmləri” mövzusunda çıxış edib. Məruzəçi İslam İnkişaf Bankının təqaüdü ilə postdoktoral proqram çərçivəsində Ankara Universitetində apardığı tədqiqatlar haqqında məlumat verib.  O, İslam İnkişaf Bankının “Postdok” tədqiqat müsabiqəsinin qalibi kimi Türkiyə Respublikasının Ankara Universitetində elmi ezamiyyədə olduğunu və dörd ay müddətində tomat bitkisinin biotik və abiotik streslərə davamlılığının molekulyar-genetik mexanizmlərinin öyrənilməsi istiqamətində tədqiqatlar apardığını qeyd edib. Tədqiqat obyekti olaraq, virusa qarşı həssas Money Maker və yerli sortlardan isə Yeganə və Şəlalə sortları götürülmüş,  xarici və yerli tomat sortlarının biotik və abiotik streslərə kompleks cavab reaksiyaları müqayisəli analiz edilmişdir. DNT və RNT genomlu virus infeksiyalarından olan Tomato Yellow Leaf Curl Virus və Tomato Chlorosis Virus ilə yoluxdurulmuş bitki nümunələrində viruslar duplex PCR və nested PCR metodları ilə deteksiya edildikdən sonra qReal-Time PCR metodundan istifadə etməklə quraqlıq stresinə məruz qalmış bitkilərdə genlərin ekspressiyasına baxılmış, tomat bitkisində patogenlə əlaqəli olan cellulose-synthase like tip genlər müqayisəli analiz edilmişdir. Sonda Səmra Mirzəyeva mövzu ətrafında verilən sualları cavablandırıb.