sa sa 926
MBBİ-nin əməkdaşı İtalya Milli Tədqiqatlar Şurasının Davamlı Bitki Mühafizəsi İnstitunda ezamiyyətdə olub + Foto Fev 16, 2023 | 15:21 / Ezamiyyətlər

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Naimə Niyazova 07.11.2022- 03.12.2022-ci il tarixlərində İtaliya Respublikasının Florensiya şəhərində yerləşən İtalya Milli Tədqiqatlar Şurasının Davamlı Bitki Mühafizəsi İnstitutunda ezamiyyətdə olub. Gənc tədqiqiatçı "Abiotik və biotik stresə məruz qalmış və davamlılığın biostimulyatorları olaraq mikroorqanizm ekstraktları tətbiq edilmiş tomat sortlarında biokimyəvi markerlərin tədqiqi" mövzusunda dissertasiya işi üzrə tədqiqatlar aparıb. Nostoc piscinale sianobakteriyalarından əldə edilmiş ekstraktın biostimulyator kimi təsirini öyrənmək üçün quraqlıq stresinə  və göbələk infeksiyasına (Botrytis cinerea) məruz qalmış yerli və xarici tomat sortlarından istifadə olunub. Bu məqsədlə molekulyar və biokimyəvi  səviyyədə analizlər aparılıb. Qeyd etmək lazımdır ki, həm mikroorqanizm ekstraktının tomat sortlarının biotik stresə və quraqlıq stresinə davamlılığına təsiri, həm də tomat sortlarının göbələk infeksiyasına qarşı davamlılığının qiymətləndirilməsi Azərbaycan üçün yeni bir istiqamət olamaqla ilk dəfə həyata keçirilib.