sa sa 572
Bakı Dövlət Universitetinin tələbələri AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda İstehsalat təcrübəsi keçirlər + Foto Fev 28, 2023 | 12:41 / Mühüm hadisələr

Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin IV kurs tələbələrinin 28 nəfərdən ibarət olan heyəti AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda İstehsalat təcrübəsi keçir. Tələbələrin fevral ayının 21-dən başlayan təcrübəsi aprelin 19-na kimi davam edəcək. BDU-nun tələbələri MBBİ-nin Bioadaptasiya, Genomun quruluşu və ekspressiyası, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası, Fotobioenergetika, Bioinformatika, Bitki biotexnologiyası, Populyasiya genomiksi,  Xloroplastların fotokimyası,  Hüceyrənin membran sistemləri, Fotobioenergetika və Proteomiks beynəlxalq laboratoriyalarında aparılan elmi tədqiqat işləri ilə tanış olur, müasir cihaz və avadanlıqların iş prinsipini öyrənir aparılan təcrübələrdə bilavasitə iştirak edir və dünya praktikasında tətbiq olunan metodları mənimsəyirlər.