sa sa 5206
MBBI-də ikinci kurs magistrantlarının elmi-pedoqoji təcrübəsi başlanılıb + Foto Apr 03, 2023 | 09:15 / Dərslər

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda II kurs magistrantlarının elmi-pedoqoji təcrübəsi başlanılıb. Martın 29-da “Biotexnologiya” ixtisası üzrə magistrant Günel Yusifova Tibbi biotexnologiya fənnindən, martın 30-da “Molekulyar biologiya” ixtisası üzrə magistrant Səma Cəlilova Genetik məlumatların ekspressiyasının tənzimlənmə mexanizmləri fənnindən və “Biotexnologiya” ixtisası üzrə  magistrant Həcər Həsənova Heyvan Biotexnologiyası fənnindən mühazirə dərsləri keçiblər. Elmi-pedoqoji təcrübə rəhbəri b.e.d., professor Səftər Süleymanov magistrantların pedoqoji fəaliyyətini yüksək qiymətləndirib.